Tsikloolefinlərin kimyası və texnologiyası laboratoriyası

Tel. (+994 12) 4902476  
Faks (+994 12) 4903520 
Elektron poçtu rchk49@mail.ru  
Struktur bölmənin rəhbəri Rəsulov Çingiz Qnyaz oğlu 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Alkil-tsikloalkilfenollar əsasında tərkibində müxtəlif fraqmentlər saxlayan polifunksional kombinə olunmuş kimyəvi əlavələr (antioksi-dantlar, alıb xassələrinin tədqiq  aşqarlar, stabilizatorlar, oksigenatlar, ingibitorlar, dər-man preparatları, müxtəlif kimyəvi prose-slərdə istifadə olunan kataliatorlara liqandlar və s.) alınıb xassələrinin tədqiq edilməsi 
Əsas elmi nəticələri Laboratoriya əməkdaşları tərəfindən təklif olunmuş tövsiyələr əsasında "Anqarski üzvi-sintez" İB-də(Anqarsk ş.) "VNİİ NP-360" aşqarının, ”Stavropolpolimer“İB-də (Budjo-novsk ş.) "Bisalkofen MTSP" stabilizatoru-nun sənayeyə tətbiqi həyata keçirilmişdir. Laboratorya əməkdaşlarının digər tövsiyələri əsasında Sumqayıt ”Aşqarlar“ ATSC-də "Nefras 35/135", "Nefras 130/180", Uayt-spirit həllediciləri-nin istehsalı sənaye miq-yasında həyata keçirilmiş və  məhsuldarlığı 5000 ton/ay olan qurğu tikilib sınaqdan çıxarılmışdır. Eyni zamanda, fəza çətinlikli fenollar əsasın- da olefinlərin selektiv oliqo-merləşməsi pro-sesində istifadə olunan keçid -metal kompleksləri üçün yeni liqandlar sintez olunub müqayisəli yoxlanılmışdır.

Təklif olunmuş tövsiyələr əsasında Sumqa-yıtda - "Tural-110" elmi-istehsalat müəssi-səsində avtomobil benzininə aşqarlar-metil və etil üçlü butil efirlərininin istehsalı üçün məhsuldarlığı 1000 ton/ay olan sənaye qur-ğusu tikilib sınaqdan çıxarılmışdır. Qurğuda 1000 tona yaxın metil və etil üçlü butil efirlə-ri alınıb Ukraynada, Polşada, Almaniyada, Yunanıstanda oksigenat kimi sınaqdan çıxa-rılmışdır və müsbət rəy alınmışdır.

AMEA Təcrübə-Sənaye Zavodunda laboratoriya göstəriciləri əsasında  2-morfo- lilmetil-5-metilfenolun kompleks xlorid duzu alınıb Azərb. Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda üzümçülükdə ziyanvericilərə qarşı dərman preparatı (pestisid) kimi sınaq-dan çıxarılmışdır. Preparatın institutun  üzümçülük sahələrində geniş çöl sınaqları da səmərəli olmuşdur. Hazırda pestisidin təkrar geniş çöl sınaqları davam etdirilir.