Elmimetrik təhlil və intellektual mülkiyyətin mühafizəsi

Tel. (+994 12) 5393242 
Faks  
Elektron poçtu suleymanov.tofig@gmail.com
Struktur bölmənin rəhbəri Texnika elmləri üzrə fəlsəfə doktoru Süleymanov Tofiq Xan Ağa oğlu
İşçilərin ümumi sayı 7
Əsas fəaliyyət istiqamətləri  - ISI (Tomson, ABŞ) məlumatlar bazası mas-sivinin, servis xidmətlərinin və bazaya daxil olma mexanizminin analizi.

- Elmimetrik göstəricilərdə n istifadə etməklə keçmiş SSRİ respublikalarının analoji göstəriciləri ilə müqayisə əsasında dünya elmi nəşrlərində Azərbaycanın mövqeyinin qiymətləndirilməsi.

- İnstitutun bölmələrinin və alimlərinin elmi-tədqiqat fəallığı və tədqiqatların keyfiyyəti üzrə elmi fəaliyyətlərinin qiymətləndirilməsi.

- Elmi-tədqiqat işlərinə əsasən Yer elmlərinə aid bütün tədqiqat ideyaları axınının izlənilməsi.

- Elmi tədqiqatların yerinə yetirilməsi zamanı yaranan patent qabiliyyətli texniki məsələlərin aş-karlanması və hüquqi mühafizəsi.

- Əsas elmi istiqamətlərin patent sənəd-ləşdirilməsi fondunun yaradılması.

- Elmi tədqiqatların planlaşdırılması və icra edilməsi ilə patent tədqiqatlarının aparılması.

- Prioritet istiqamətlərin seçilməsi məqsədi ilə Yer elmləri üzrə AMEA əməkdaşlarının nəşr-lərinin elmimetrik təhilili.

- Yeni və icrası başa çatmış elmi-tədqiqat işlərinin qeydiyyatı və bu barədə informasiyaların İnnovasiya Mərkəzinə təqdim edilməsi.

Əsas elmi nəticələri - İnstitutun bölmələrinin və alimlərinin təd-qiqat fəallığı və tədqiqat keyfiyyəti üzrə elmi fəaliyyətlərinin qiymətləndirilməsi aparılmışdır.

- Azərbaycan elmi istinad indeksinin forma-laşdırılması mexanizmlərinin yaradılması və həya-ta keçirilməsi üzrə Azərbaycanda nəşr olunan elmi jurnallar, eləcə də Azərbaycan alimlərinin əldə etdikləri elmi nəticələri özündə əks etdirən və Ali Attestasiya Komissiyası tərəfindən zəruri hesab edilən elmi nəşrlər barədə məlumatların toplanması işi aparılmış, onları nəşr edən mət-bəə, nəşriyyat və redaksiyalarla əməli əlaqələrin yaradılmasının başlıca mümkün mexanizmləri müəyyənləş dirilmişdir.