Heterogen kataliz laboratoriyası

Tel. (+994 12) 4902012  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri k.e.d. Abasov Səfa İslam oğlu 
İşçilərin ümumi sayı 14 
Əsas fəaliyyət istiqamətləri  Müxtəlif struktur növünə malik seolitlərin metallar ilə məqsədli modifikasiyası yolu ilə karbohidrogenlərin çevrilməsi prosesində mikroməsaməlilik və katalitik xassələrinin tənzimlənməsi. C1-C7 karbohidroqenlərin  cevrilməri  ücün yüksək  səmərəliyə malik   yeni  polifunksional  katalitik  sistemlərin  yaradılmasının   elmi əsaslarının işlənib hazırlanması. Yüksək oktan ədədli avtomobil benzinlərinin alınması (müxtəlif izoalifatik  komponentlərin çoxluq təşkil etməsi şərti ilə) məqsədi ilə qazkondensatın  çevrilməyə  cəlb edilməsi. 
Əsas elmi nəticələri Müxtəlif proseslər: toluolun disproporsionallaşması; C2-C4 alkanların dehidrosiklooligomerləşməsi; C4+n-parafinlərin izomerləşməsi; etilbenzolun stirola oksidləşdirici dehidrogenləşməsi; metanın aromatikləşməsi; benzolun propan ilə dehidroalkilləşməsi ücün seolitlərin istiqamətlənmiş modifikasiyası yolu ilə yüksək məhsuldarığa malik katalizatorlar işlənib hazırlanmışdir.Müxtəlif quruluşlu seolilərin mоdifikasiyalaşmasının onların turşu və mikroməsaməli xüsusiyətlərinə təsirinin sistematik  tədqiqi aparılmışdır. Bu cür modifikasiyaların C2+ karbohidrogenləri  və toluolun çevrilməsi zamanı C – C əlaqələrinin əmələgəlməsi və yenidən paylanmasına təsiri  мüəyyən olunmuşdur. Bu faktorların tоluolun disproporsionallaşması, n-parafinlərin izomerləşməsi və C2+ aşağı molekullu alkanların dehidtosiklooliqomerləşməsi proseslərində katalitik xüsusiyyətlərin dəyişməsinə təsirinin differеnsiasiyası aparılmışdir. Müəyyən olunmuşdur ki, karbohidrogenlərin  çevrilməsinin seçiciliyini təyin edən aparıcı faktor seolitin mikroməsaməli qurluşudur.