Təhsil şöbəsi

Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri Səlimov Rəşad Allahverdi oğlu  
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri 

Magistratura, doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması məqsədilə tədris proqramının həyata keçirilməsi;

Doktorant və dissertantların sənədlərinin qəbulu, ixtisas fənni üzrə qəbul imtahanları və doktorluq imtahanlarının verilməsi işinin təşkili;

Doktoranturaya qəbul imtahanları və doktorluq imtahanları, magistr dissertasiyalarının müdafiə olunması üzrə müvafiq komissiyaların yaradılması;

Magistrant, doktorant və dissertantların attestasiyasının keçirilməsi üçün zəruri sənədlərin hazırlanması və attestasiyasının təşkil olunması;

Magistrantların tədris planında nəzərdə tutulan fənlər üzrə məşğələlərdə iştirakının təşkili, magistr dissertasiyalarının hazırlanmasını və müdafiə olunmasının təmin edilməsi;

Magistrant və doktorantların elmi fəaliyyətinin AMEA Elm və Təhsil İdarəsi ilə əlaqaləndirilməsi, bu sahə üzrə lazımi sənədlərin hazırlayıb təqdim olunması;

İnstitutun müxtəlif ali məktəblərlə əlaqəsinin təşkili, instituta göndərilmiş stajor və təcrübəçi tələbələrin nəzərdə tutulmuş proqramlarının həyata keçirilməsinin təmin edilməsi.