Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsi

Tel. (+994 50) 623 06 31 
Faks  
Elektron poçtu ismailovn@yahoo.com   
Struktur bölmənin rəhbəri

Nəriman Zeynalabdı oğlu İsmayılov

fizika-riyaziyyat elmləri doktoru

 

İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Cavan ulduzlar fizikası, aktiv nüvəli qalaktikalar, ulduzəmələgəlmə proseslər,    spektroskopiya, fotometriya, ulduz maqnetizmi;   
Əsas elmi nəticələri 1. Bir çox cavan ulduzların spektral və fotometrik dəyişkənliyinin periodikliyi aşkar olunmuşdur.     Bunlardan bəziləri ulduzların qoşalığı, digərləri isə qeyri stasionar axınlar nəticəsində ulduz sət-    hində əmələ gələn anomal fiziki şəraitə malik oblastların yaranması hesabına baş verir. Bu sahədə    iki halda müəllifin müxtəlif ulduzlar üçün aldığı periodlar - 9 günlük və 6 illik periodlar Krım    və Daşkənd astronomları tərəfindən yüksək dəqiqliklə təsdiq olunmuşdur; 2. T Buğa tipli ulduzların spektral və fotometrik xüsusiyyətlərinin ləkə modelində təhlili bu ulduz-    ların fotometrik rəng göstəricilərinin dəyişməsini izah etməyə imkan vermişdir. Göstərilmişdir ki,    bu ulduzların aktivlik mexanizmi müxtəlif  ulduzlarda müxtəlifdir: a) ulduzətrafı mühitdə maddə    axını və isti ləkə, b) temperaturu fotosfer temperaturundan 1000°K aşağı olan soyuq ləkə,    c) ulduzətrafı qaz toz dumnlığının tutulma yaratması. Son iki göstərilən mexanizm eyni bir ulduz-   da eyni zamanda müşahidə oluna bilər; 3. Çoxillik müşahidələr əsasında Ae/Be Herbiq tipli HD200775 ulduzun 1180 sutkalıq perioda    malik spektral qoşa olması aşkar olunmuşdur. Sistemin fotometrik əyrisi qurulmuş və bu    əyrinin spektral müşahidələrdən alınan nəticələrlə yaxşı uzlaşdığı aşkar olunmuşdur.    İlk dəfə sistemin orbit elementləri təyin edilmişdir;4. T Buğa tipli ulduzların işıq əyrilərinin yeni klassifikasiya sxemi işlənib hazırlanmışdır.    Həmin sxem əsasında klassik T Buğa ulduz qruplarında gedən fiziki dəyişmələrin key-    fiyyətcə izahı verilmişdir. Həmin sxemə görə mümkün aktivlik mexanizmləri bunlardır:    a) Günəşin 11 illik tsiklinə bənzər  uzunmüddətli dəyişmələr, b) ulduz fotosferində yarana    bilən soyuq və ya isti ləkələr hesabına müşahidə olunan qısamüddətli sutkalıq dəyişmələr,    c)  ulduzətrafı mühitlə ulduzun işığının tutulması nəticəsində baş verə bilən dəyişmələr,    d) qoşalıqla bağlı olan uzunmüddətli dəyişmələr;5. Cavan ulduzların müşahidə nəticələrinin kompleks şəkildə və bir-birindən asılı olmayan    müxtəlif tədqiqat üsulları tətbiq edərək təhlil edilməsi göstərilmişdir ki, bir sıra kiçik və    orta kütləli cavan ulduzlarda ilkin yaranma mərhələsində planetəmələgəlmə prosesləri    baş verməkdədir. Ulduzların spektral enerji paylanma əyrilərinin qurulması, onların    30-60 illik dövr ərzində alınan işıq əyrilərinin spektral furye analizi, spektral dəyişkənliyin    ultrabənövşəyi, həm də optik diapazonda analizi həmin ulduzlarıda müşahidə olunan fiziki    xassələrin onların ətrafında formalaşmaqda olan protoplanetlərin olması ilə izah olunmuşdur;6. Göstərilmişdir ki, AB Aur ulduzunda (P=6.1 gün) və T Tau ulduzunda (P=33 gün)  müşahidə    olunan periodlar bu ulduzların fırlanma sürətini və radiusunu nəzərə alarkən belə bir fikir deməyə    əsas verir ki, spektrdə müşahidə həmin periodik prosesləri yaradan aktiv oblastlar ulduz fotosfe-    rindən müəyyən məsafədə ulduzətrafı diskdə yarana bilər. Çox ehtimal ki, bu fakt maqnitosfer    akkresiya modelinin ayrılmaz hissəsi olan akkresiya zonasının təxmini yerini göstərir. Ona görə,    bu nəticə cavan ulduzların ulduzətrafı strukturunu öyrənərkən mühüm əhəmiyyətə malikdir və    cavan ulduz atmosferlərinin nəzəri modellərində nəzərə alınmalıdır;7. İlk dəfə göstərilmişdir ki, İL CepA ulduzunun hidrogen xətlərinin parametrləri zamana görə    dövri xarakter daşıyan 10 illik dəyişmə göstərir. Eyni nəticə ulduzun spektrində helum xəttində    tərəfimizdən aşkar edilmi şüalanma komponentinin hidrogenlə sinxron dəyişmə göstərməsi ilə    də təsdiq olunmuşdur. Alınmış nəticənin ulduzun spektral qoşa olması ilə bağlı ola bilməsi haq-    qında fikir irəli sürülmüşdür. Belə ki, qoşa sistemdə komponentlərin bir-birinə maksimal yaxın-    laşması ikinci component periastrdan keçərkən baş verir. Bu halda a) komponentlər arasında ca-    zibə qüvvəsinin yaratdığı həyəcanlanma, b) isti komponentin şüalanmasının təsiri ilə ikinci kom-    ponentin atmosferində yaranan qızma, c) komponentlərin ulduz küləyiinin yaratdığı həyəcanlan-    ma He I 5876 xəttində əlavə şüalanma komponenti yarada bilər. Bu müşahidə faktları Ae/Be    Herbiq tip ulduzlar üçün tamamilə yenidir;