İctimaiyyətlə əlaqələr şöbəsi

Tel. (+994 12) 5385976  
Faks  
Elektron poçtu xrzazadeh@gmail.com 
Struktur bölmənin rəhbəri Rzazadə Xanım Mütəllib qızı  
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri 

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi kütləvi informasiya vasitələri  və ictimaiyyətlə əlaqələr sahəsində işlərin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin edir. Şöbə ictimaiyyəti ölkənin coğrafiya elmi sahəsindəki yeniliklərdən xəbərdar etmək, elmə olan marağını və elmi qavrayışını artırmaq məqsədilə  İnstitut  fəaliyyətinin KİV-də işıqlandırılmasını və bununla bağlı zəruri tədbirləri həyata keçirir.

Şöbə şəffaflığı təmin etmək üçün görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir, press-relizlər hazırlayır;  rəhbərliyin, eləcə də İnstitut strukturlarının  planlaşdırdığı iclas, konfrans elmi seminar və ictimai tədbirlərin təşkili haqqında ictimaiyyəti və əməkdaşları  məlumatlandırır;  elmi iclaslarda dinlənilən məruzələr, eləcə də müzakirə olunan məsələlər haqqında məlumat hazırlayır;  bütün xırda və böyük  tədbirlərin fotoşəkillərini hazırlayır; müdiriyyətin, müəssisənin fəaliyyəti ilə bağlı ictimaiyyətin suallarını cavablandırır. 

Şöbə həmçinin Coğrafiya İnstitutunun və onunla sıx əlaqədə olan Azərbaycan Coğrafiya Cəmiyyətinin fəaliyyətinin www.igaz.az və www.gsaz.az saytlarında işıqlandırılması  üçün  admin işini həyata keçirir;  işçi tərkiblərində və ya strukturlarda olan dəyişiklikləri saytlarda mütəmadi olaraq yeniləyir.

Böyük əhəmiyyət kəsb edən əlamətdar hadisələr haqqında bukletlər, videoçarxlar,  fotoşəkillər və videoçarxlar  hazırlayır;   eləcə də kağız, video və foto materialların arxivinin toplanmasını təşkil edir.

Şöbə KİV nümayəndələrinin İnstitut tədbirlərində iştirakını təşkil edir, İnstitutun fəaliyyəti ilə bağlı KİV-də yayımlanan materialların gündəlik monitorinqini  aparır. Əlamətdar hadisələrin  İnstitutun divar lövhəsində işıqlandırılmasını təmin edir.  İnstitutun fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda cavab hazırlayır, uyğun tədbirlər görür.