Biocoğrafi stasionar

Tel. (+994 12) 5392945 
Faks  
Elektron poçtu gulaliyev_ch@yahoo.com 
Struktur bölmənin rəhbəri a.ü.f.d. Çingiz Gülalı oğlu Gülalıyev 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Torpaq, bitki, atmosfer sistemlərində gedən dəyişikliklər, hidrofiziki (rütubətkeçirmə, torpaq nəmliyinin potensial təzyiqi, rütubət rejimi), istilik-fiziki (istilik rejimi, istilik tutumu, istilik mənimsəmə əmsalı, temperaturkeçirmə və istilikkeçirmə əmsalı) və elektrik-fiziki (xüsusi elektrikkeçirmə əmsalı, dielektrik nüfuzluğu, dielektrik  itki bucağının tangensi, stasionarelektrik sahəsi, xüsusi elektrik müqaviməti) xassələrinin təsiredici amillərdən (torpağın sıxlığından, rütubətlənmə dərəcəsindən, torpağın xüsusi səth sahəsindən, elektrik sahəsinin tezliyindən, torpağın fiziki-kimyəvi tərkibindən və s.) asılılıqlarının laboratoriya və çöl şəraitində tədqiqi. 
Əsas elmi nəticələri

“Pirqulu coğrafi tədqiqatlar stasionarı” yarandığı vaxtdan ak. H.Ə. Əliyevin rəhbərliyi altında “torpaq-meşə-atmosfer” sistemləri arasında qarşılıqlı əlaqə, “İnsan və Biosfer” Beynəlxalq bioloji proqram üzrə meşə biogeosenozu komponentlərinin, xüsusilə, meşə bitkiləri və torpaq örtüyü arasında qarşılıqlı əlaqə  problemləri öyrənilmişdir.

Şaquli zonalılıq prinsipi əsasında torpaqların hidrofiziki, istilik-fiziki  və elektrik-fiziki  xassələri ilə torpağın qranulometrik və nəmliyi arasında empirik asılılıqlar alınmışdır.