Geoinformatika və kartoqrafiya

Tel. (+994 12) 5393302 
Faks  
Elektron poçtu azizov.samil@mail.ru 
Struktur bölmənin rəhbəri c.ü.f.d. Əzizov Şamil Kamil oğlu 
İşçilərin ümumi sayı 12 
Əsas fəaliyyət istiqamətləri 

“Xəzər dənizinin hidrometeorologiyası” şöbəsi 2016-cı ilin aprelində yaradılmışdır. Şöbədə  “Azersky” və digər peyklərin məlumatları əsasında Qlobal İqlim dəyişmələrinin Xəzər dənizinin hidrofiziki sahələrinə  və sahillərin dinamikasına  təsirinin tədqiqi (2016-2020) mövzusu üzrə.

İS 1.  Peyk məlumatları əsasında  Xəzər dənizinin Azərbaycan sektorunda dəniz səth axınları, dalğa rejiminin və neft dağılmalarının tədqiqi və  proqnozu metodunun işlənməsi ; (2016-2018).

Mərhələ 1.  Peyk  məlumatları  əsasında  dəniz  səth axınları və dalğa rejiminin tədqiqi və proqnozu  metodunun  işlənməsi; (2016) istiqamətində tədqiqatların aparılması nəzərdə tutulur. 
Əsas elmi nəticələri

- Müxtəlif məzmunlu (fiziki-coğrafi, təbii komponentlər, əhali, iqtisadi və s.) xəritələr, ali və orta məktəblər üçün tədris xəritələri tərtib olunur, kompleks tematik və tədris atlasları hazırlanır;

- Kartoqrafik metodlardan istifadə edilərək landşaft komplekslərinin generalizasiyası, dinamika və proqnozlaşdırılması öyrənilir;

- Böyük Qafqazın fiziki-coğrafi rayonlar üzrə geokomplekslərinin üfüqi strukturunun və landşaft müxtəlifliyinin dəyişmə tendensiyanın kartoqrafik təhlili və qiymətləndirilməsi aparılıb;

- Kartoqrafik landşaftometriya və onun müxtəlif elm sahələrinin qovşağında inkişafı öyrənilir;

- ArcCİS və Corel DRAW proqramlarından istifadə etməklə çoxlu tematik xəritələr tərtib edilir;

- AO, A3, A4 və A5 formatlarında müxtəlif məzmunlu xəritələr, posterlər çap edilmişdir;

- Professional skaner vasitəsilə müxtəlif məzmunlu və miqyaslı xəritələr skan edilmiş və Coğrafiya İnstitutunun elektron informasiya bazasına daxil edilmişdir;

- Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında Azərbaycan respublikası Prezidentinin Sərəncamına (02.03.2016) əsasən bu istiqamətdə hazırlıq işləri görülür, 1:500000, 1:1500000 miqyaslarda kartoqrafik əsas olan xəritələr hazırlanır.