Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Beynəlxalq əlaqələr şöbəsi

Beynəlxalq əlaqələr şöbəsi
Tel. (+994 12) 5390221, (+994 50) 6402149
Faks  
Elektron poçtu eldar.abbasov@imm.az;

eldarab@gmail.com 

Struktur bölmənin rəhbəri Texnika üzrə fəlsəfə doktoru, dosent Eldar Mehdi oğlu Abbasov
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Beynəlxalq əlaqələr Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun əsas fəaliyyət istiqamətlərindəndir. RMİ-nun "Beynəlxalq əlaqələr" şöbəsi AMEA-nın xarici elmi mərkəzlər, təşkilat və şirkətlərlə elmi əlaqələrinin genişləndirilməsi və inkişafını təmin edir. Şöbənin əsas funksiyalarına: beynəlxalq şirkətlərin nümayəndəlikləri ilə əlaqə, beynəlxalq işgüzar yazışmanın təşkili, İnstitutun elmi məhsulunun təqdim olunması, beynəlxalq konfrans və simpoziumlarda İnstitutun əməkdaşlarının iştirakı ilə bağlı təşkilati məsələlərin həlli, beynəlxalq müşavirələrin və sərgilərin təşkili daxildir. 
Əsas elmi nəticələri Riyaziyyat və Mexanika İnstitutunun beynəlxalq əlaqələrində əsas yeri ABŞ, Almaniya, Belarus, Çin Xalq Respublikası, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İran, İtaliya, Qazaxıstan, Misir Ərəb Respublikası, Özbəkistan, Polşa, Rusiya Federasiyası, Türkiyə, Ukrayna, Yaponiya və Asiyanın digər ölkələri tutur.

Bir çox yaxın xarici və beynəlxalq şirkət və təşkilatlar – LUKOİL; TNK BP; Sinopec, CNPC, Petrochina, CNOOC, COSL, GCC (ÇXR); İNTAS, ABŞ-ın Department of Energy (DOE), ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondu və başqaları ilə əməkdaşlıq qurulmuş və inkişaf etdirilir.

Riyaziyyat və Mexanika İnstitutunun beynəlxalq elmi əlaqələrdəki uğurları, əcnəbi riyaziyyatçılarla və mexaniklərlə aparılmış elmi tədqiqatların nəticələri deməyə imkan verir ki, bu gün Azərbaycanın dünyaya inteqrasiya etməsində elmimizin özünəməxsus rolu vardır. Bu rolun müəyyən hissəsi Riyaziyyat və Mexanika İnstitutunun beynəlxalq elmi əlaqələrinin payına düşür.

Riyaziyyat və Mexanika İnstitutunun beynəlxalq əlaqələrində əsas sahəni funksional analiz; funksiyalar nəzəriyyəsi; diferensial tənliklər; riyazi analiz; riyazi fizika tənlikləri; cəbr və  riyazi məntiq; qeyri-harmonik analiz; tətbiqi riyaziyyat; dalğa dinamikası; sürüncəklik nəzəriyyəsi; maye, qaz mexanikası və plastiklik nəzəriyyəsi; hesablama riyaziyyatı və  informatika tədqiqatları tutur.