Sorbsiya prosesləri laboratoriyası

Tel. (+994 36) 5446997  
Faks  
Elektron poçtu

gunelmamadova@mail.ru

Struktur bölmənin rəhbəri Məmmədova Günel Aslan qızı  
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri 

 1. Naxçıvan Muxtar Respublikası təbii seolitinin kompleks emalının işlənməsi;

2.  Çоxкоmpоnеntli sistеmlərdən qiymətli еlеmеntlərin sоrbsiyа mеtоdu ilə аyrılmаsının nəzəri və prакtiкi əsаslаrının işlənib hаzırlаnmаsı.

Əsas elmi nəticələri

1. İlk dəfə təbii Naxçıvan seolitinin fiziki-kimyəvi tədqiqi aparılmışdır. Naxçıvan seoliti rentgenfaza (2D PHASER «Bruker» (Cu, Kα, 2θ, 20-80 dərəcə)), derivatoqrafik (Pirometr NTR-70, Termoskan-2, inert mühit), İQ-spektroskopiya (Nicolete IS-10), element (Oxford Science) və mikroquruluş (Hitachi-3000) analiz metodları ilə tədqiq olunmuşdur. Müəyyən olunmuşdur ki, Muxtar Respublikada süxurlarda mordenitin miqdarı 58-72 % intervalında dəyişir. Təsdiqlənmişdir ki, təbii Naxçıvan seoliti əsasən mordenitdən ibarətdir. İlk dəfə olaraq təbii Naxçıvan seolitinin karkas sıxlığı, karkasın “normallaşdırılmış” həcmi, seolitin “normal” həcmi, silikat modulu, silisium indeksi, kristal dərəcəsi və qranulometrik tərkibi öyrənilmişdir. Müəyyən olunmuşdur ki, təbii seolit 9600C temperatura qədər stabildir. Temperaturu qaldırdıqda seolitin quruluşu dağılır və anortit mineralına çevrilir. Təbii seolitin aqressiv mühitə (sulfat, nitrat və xlorid turşuları) davamlılığı öyrənilmişdir. Müəyyən olunmuşdur ki, təbii seolit aqressiv mühitə davamlıdır. Turşuların 5 N qatılığında təbii seolitin quruluşu dağılmağa məruz qalır. Təbii seolitin kimyəvi modifikasiyası öyrənilmişdir. Müəyyən olunmuşdur ki, kimyəvi modifikasiya zamanı müxtəlif quruluşlu, praktiki əhəmiyyətli seolitlər alınır. Təbii seolitin ion-mübadilə xassələri və dehidratlaşma prosesi öyrənilmişdir.

2. Amberlite markalı İRA-743, İRA-410, İRA-96, İRP-64, İRP-69-un və Dowex markalı MAC-3-ün turşu-əsas xassələri öyrənilmişdir. İRA-743 və İRA-96 sərbəst amin funksional qruplu zəif əsasi, İRA-410 ammonium qruplu qüvvətli əsasi, İRP-69 sulfoturşu funksional qruplu qüvvətli turşu, Dowex MAC-3 isə poliakrilat matrisalı karboksil fuknsional qruplu zəif turşu xassəli olduqlarından uyğun titrləmə rejimi seçməklə onların funksional qruplarının dissosiasiya sabitləri hesablanmışdır. Hesablamalar Henderson-Hasselbax tənliyinə əsasən aparılmış, kimyəvi məntiqə uyğun nəticələr alınmışdır. Sərbəst amin qruplu İRA- 743 və İRA -96 üçün pKa –nın qiymətləri uyğun olaraq 8,25±0,3 və 8,88±0,2, qüvvətli əsasi xassəli İRA 410-un funksional qruplarının dissosiasiya sabiti üçün 2,95±0,5, karboksil qruplu  Amberlite İRP-64 və Dowex MAC-3 üçün uyğun olaraq 6,4±0,2 və 5,9±0,3, qüvvətli turşu xassəli Amberlite İRP-69-un potensiometrik titrlənməsi onun polifunksional olduğunu təsdiq edir. Belə ki, sulfoqrupla yanaşı ionitin tərkibindəki -N=N- körpüsü və OH- qruplarının varlığı potensiometrik titrləmə əyrisində aydın ifadə olunan sınmalarla müşayiət olunurlar. Potensiometrik titrləmə əyrisində qeyd edilən qrupların titrlənməsi zamanı bu qrupların pKa-larının yaxınlığı səbəbindən onların titrləmə nöqtələri bir-birlərinin üzərinə düşür. Henderson-Hasselbax tənliyinə daxil olan m kəmiyyətinin hesablamalardan alınan qiymətləri maraq doğurur. Kationitlərdə bu kəmiyyət vahidin ətrafında, anionitlərdə isə vahiddən nisbətən böyük (təxminən 2-yə yaxın) qiymətlərlə xarakterizə olunur. Öyrənilən ionitlərlə: İRA-743, İRA(Cl)-borat turşusu, İRA-Cr2O72-, İRP-64, İRP-69, Dowex MAC-3-əlvan metal ionları sistemləri araşdırılmış, optimal sorbsiya mühiti müəyyənləşdirilmiş, prosesləri xarakterizə edən tarazlıq kəmiyyətləri, kinetik və termodinamik parametrlər hesablanmışdır.