Mineral xammalın kimyası və texnologoyası laboratoriyası

Tel. (+994 36) 5446983 
Faks  
Elektron poçtu qorxmazhuseynli@rambler.ru 
Struktur bölmənin rəhbəri

Qorxmaz Mansur oğlu Hüseynov

kimya üzrə fəlsəfə doktoru, dosent
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Naxçıvan Muxtar Re Darıdağ arsen və sürmə filizlərinin kompleks emalının elmi və praktiki əsaslarının işlənməsi, Me+x - (Sb, As, Mo, In, Ge, Sn)-ın  ikili,  üçlü  birləşmələrinin su və üzvi həlledicilər mühitində sintezi və xassələrinin araşdırılması. 
Əsas elmi nəticələri

Yerli xammal əsasında qurğuşun konsentratını H2O2 ilə oksidləşdirməklə alınan PbSO4 qatı NaCI məhlulu ilə həll edilərək 98,5% çıxımla  məhlula keçirilmiş, alınan PbSO4∙NaCI kompleksi NaBH4-lə reduksiya edilməklə 98,66% çıxımla 98,9 təmizlik dərəcəli metal qurğuşun alınmışdır. Su və üzvi mühitlərdə AgNO3 ilə Na3AsS3 və NaAsS2 arasında reaksiyalarda Ag3AsS3 və AgAsS2 tərkibli birləşmələr alınmış, RFA metodu ilə bu birləşmələrin fərdiliyi təsdiq edilmiş, DTA ilə birləşmələrinin ərimə temperaturları (4950C və 4270C) müəyyən edilmişdir. Ag3AsS3 və AgAsS2 birləşmələrinin modifiksiya çevrilmə temperaturları dəqiqləşdirilmişdir . Ag3AsS3 konqruent, AgAsS2 birləşməsi isə inkonqruent əriyir, yəni 3230C temperaturda peritektik reaksiya üzrə parçalanaraq Ag3AsS3+As2S3 tərkibli qarışıq əmələ gətirir. Analoji qaydada Cu3AsS3 və CuAsS2 tərkibli birləşmələr də alınmış və onların ərimə və polimorf çevrilmə temperaturları, həmçinin sıxlıqları təyin edilmişdir. Darıdağ arsen və sürmə filizlərinin kimyəvi və termoqrafik analizləri aparılmış, filizdə arsen və sürmə sulfidlərin miqdarının 50%-dən yuxarı olduğu müəyyən edimişdir. Arsen və sürmə filizlərinin müxtəlif qatılıqlı natrium sulfid nə natrium hidroksid məhlulunda həllolması zamanı müəyyən olmuşdur ki, hissəciklərin ölçüsü 0,12-0,105 mm, filizdəki sulfidlərin natrim sulfidə nisbəti 1:2, temperatur 353-363 K, bərkin mayeyə nisbəti 1:6-8, prosesin aparlma müddəti 20-25 dəqiqə olduqda arsen sulfidin həlloması 95,5%, sürmə sufidin həllolması isə 97,5% olur. Alınan konsentratda As2S3-ün midarı 98,75%, sürmə sulfidin miqdarı isə 99,50% olmuşdur. In2Se3 birləşməsinin alınma şəraiti öyrənilmiş, birləşmənin fiziki-kimyəvi parametrləri müəyyənləşdirilmişdir

İndium(III)xlorid və ammonium hidrok-siddən indium(III)hidroksid çöküntüsü alınmış, onun əsasında In2Se3-ün alınma metodu işlənmişdir. Alınan birləşmənin elektron mikroskopik, rentgenoqravimetrik, termoqravimetrik analizləri yerinə yetirilmişdir. Su və etilenqlikol mühitində gümüş(I) nitrat və qalay(IV) sulfidin qarşılıqlı təsirindən 4 birləşmə  Ag8SnS6, Ag2SnS3, Ag4SnS4 və Ag2Sn2S5 sintez edilimiş, alınmış birləşmələrin mikromorfologiyası HİTACHİ TM 3000 mikroskopunda öyrənilmişdir. EHQ üsulu ilə müvafiq birləşmələrin termodinamik parametrləri təyin edilmiş, Hibbs enerjisinin qiymətləri əsasında reaksiyaların tarazlıq sabitləri hesablanmışdır. pH–f(C) diaqramları qurulmuş və birləşmələrin davamlıq sərhədləri təyin edilmişdir. Müəyyən edilmişdir ki, qüvvətli turşu (H2SO4, HNO3) və qələvi (NaOH, KOH) mühitlərində (pH2 və pH9) birləşmələrin parçalanması baş verir. EHQ üsulu ilə təyin edilmiş termodinamik funksiyalar əsasında birləşmələrin atomlaşma termodinamik funksiyalarının qiymətləri hesablanmışdır. Alınan çöküntülərin tərkibinin element analizi (Launch Trion XL dilution refrigerator  OXFORD cihazında) aparılmış, birləşmələrin tərkibindəki gümüş, qalay və kükürdün kütlə və atom nisbətləri təyin edilmişdir.