Qədim dövr arxeologiyası şöbəsi

Tel.  
Faks  
Elektron poçtu velibahshaliyev@mail.ru 
Struktur bölmənin rəhbəri

AMEA-nın müxbir üzvü

Baxşəliyev Vəli Baxşəli oğlu 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Naxçıvanın arxeoloji tədqiqi 
Əsas elmi nəticələri

1. Е.ə. VI-I minilliklərdə Naxçıvanda mеyda­na gələn qədim mеtallurgiya və  mеtalişləmə sənətinin yеrli xammal mənbələri əsasında mеydana gəlib inkişaf еtdiyi müəyyən еdil­miş; Naxçıvanın qədim mədəniyyətlərinin dövrləşdirilməsi ilə bağlı problеmlərin tədqiq еdilərək Erkən və Orta Tunc dövrü abidələri üçün yеni dövrləşdirmə vеrilmiş; Naxçıvanın Erkən Tunc dövrü mədəniyyətinin vətəni olduğu müəyyən edilmiş; Naxçıvanın qədim mədəniyyətlərinin Ön Asiya və Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı münasibətlərinin tədqiq еdilərək müəyyənləşdirilmişdir ki, Orta Tunc dövrü Boyalı qablar mədəniyyəti Cənubi Qafqazın digər ölkələrinə Naxçıvan­dan yayılmışdır; Naxçıvanın qədim tayfaları­nın mənəvi mədəniyyəti tədqiq еdilmiş, Nax­çıvnda mеydana gələn qədim mədəniyyət­lərin, o cümlədən  qədim sənət əsərlərinin Azərbaycan xalqının еtnoqrfiyası və folkloru ilə sıx bağlı olduğu müəyyən еdilmişdir. Gəmiqaya təsvirlərinin böyük bir qisminin sеmantik məzmunu açılmış; Naxçıvanın ar­xеoloji abidələri toplu halında nəşr еtdiril­mişdir. Naxçıvan ərazisində mindən artıq arxeoloji abidə aşkar edilmiş və pasportlaş­dırıl­mışdır. Son illərin araşdırmaları zamanı  Neolit və Eneolit mədəniyyətinə aid yeni abidələr aşkar edilmiş, Erkən Dəmir dövrün­də Şərurda Urartulara qarşı mübarizə aparan qədim dövlətin olduğu müəyyən edilmiş, Göyçə gölü hövzəsinin Naxçıvanda yaşayan tayfaların nəzarətində olduğu müəyyən edil­mişdir.

2. Kəngərli bölgəsinin Şahtaxtı abidəsində arxeoloji tədqiqatlar aparılmış, fəlsəfə dok­toru dissertasiyası müdafiə edilmiş, 2 mono­qra­fiya, 53 məqalə çap olunmuşdur.

3. Naxçıvandakı Son Tunc-Erkən Dəmir dövrünə aid maldar-tayfalarla bağlı arxeoloji abidələr ümumiləşdirilmiş və monoqrafik şəkildə öyrənilmişdir. Gəmiqaya ətrafında bir çox yeni arxeoloji abidələr, qayaüstü təs­virlər aşkar edilərək tədqiqata cəlb edil­mişdir.

4. Naxçıvanın Arpaçay vadisində yerləşən arxeoloji abidələr ilk dəfə olaraq kompleks halda dövrləşdirilərək elmi tədqiqata cəlb edilmişdir. Keramikanın timsalında Kür-Araz mədəniyyətinin 4 mərhələsinin təhlili verilərək, bu mədəniyyətin tarixi və mənşəyi­nin araşdırılmasında Arpaçay abidələrinin mühüm rolu qeyd edilmiş, həmçinin Təzə­kənd mədəniyyətinin məhz Arpaçay vadisin­dən digər regionlara yayılması fikri irəli sürülmüşdür. Naxçıvanın Tunc və Dəmir dövrlərinə aid muzeylərdə saxlanılan çap edilməmiş arxeoloji materialların qrafik təs­virləri çəkilmiş və elmi dövriyyəyə bura­xılmışdır.