Meyvə, tərəvəz və üzümçülük laboratoruyası

Tel. (+994 55) 6123709 
Faks  
Elektron poçtu

varisquliyev@mail.ru 

Struktur bölmənin rəhbəri

Quliyev Varis Muxtər oğlu

Aqrar elmlər üzrə elmlər doktoru, dosent
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Naxçıvan Muxtar Respublikasında meyvə və üzüm genofondunun tədqiqi, qiymətləndirilməsi.
Əsas elmi nəticələri

Naxçıvan Muxtar Respublikasının üzüm genofondu tədqiq edilmiş, kişmişi, süfrə, universal və texniki istiqamətli sort və formalar müəyyənləşdirilmiş, aqrobioloji xüsusiyyətləri araşdırılmış, iqtisadi qiymətləndirmə aparılmışdır;

150-dən çox aborigen üzüm sortlarının ampeloqrafik və ampelodeskriptor xüsusiyyətləri hazırlanmışdır.

- “Naxçıvan Muxtar Respublikasında aborigen üzüm sortlarının rəqəmsal ampeloqrafi təyini üsulu”hazırlanmışdır;

-Yerli bitki xammalı əsasında kişmiş və mövüc hazırlanmasının təkmilləşdirilmiş üsulu” hazırlanmışdır;

- “Üzümdə çiçəkləmə dövrü qametogenez mərhələdə genom mutasiyasının alınması üsulu” metodikası hazırlanmışdır;

- Əlincə, Bənəniyar, Milax, Nərgizi, Naxçıvan muskatı, Oğuz üzümü, Qəhvəyi kişmişi, Süfrə Bayanşirə yeni üzüm sortlarının Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi Üzrə Dövlət Komissiyasina təqdim olunmuşdur;

-”Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” və “Azərbaycan ampeloqrafiyası” fundamental kitabları nəşr edilmişdir. Yabanı giləmeyvə bitkilərinin genofondu tədqiq olunmuşdur. Naxçıvan Muxtar Respublikasında yayılan yabanı alma (Malus Mill.), armud (Pyrus L.), quşarmudu (Sorbus L.), çaytiкanı (Hippоhae L.), zirinc (Berberis L.), böyürtкən (Rubus L.), itüzümü (Lycium L.), qarağat (Ribes L.), yemişan (Crataegus L.), itburnu (Rosa L.), alça (Prunus L.), gavalı (Cerasus Mill.) növlərinin yayılma bölgələri, təbii ehtiyatı müəyyənləşdirilmiş, istifadə perspeкtivləri araşdırılmış, iqtisadi səmərələliyi tədqiq edilmişdir;

Naxçıvan Muxtar Respublikasında çəyirdəkli və tumlu meyvə sortlarının genofondu tədqiq edilmişdir;

Naxçıvan Muxtar Respublikasında yayılan alma (Malus Mill.), armud(Pyrus L.), heyva(Cydonia L) sortlarının biomüxtəlifliyi araşdırılmış, müxtəlif aqrobioloji xüsusiyyətlərə malik olan tədbiqyönümlü sortlar müəyyənləşdirilmiş, biomorfoloji xüsusiyyətləri öyrənilmişdir;

52 alma, 8 armud və 6 heyva sortunun genofondu tədqiq olunmuş, qiymətləndirilmiş və pomoloji təsvirləri hazırlanmışdır.