Biokimyəvi tədqiqatlar laboratoriyası

Tel.  
Faks  
Elektron poçtu

vahitbilaloglu@yahoo.com

 
Struktur bölmənin rəhbəri Quliyev Vahid Bilal oğlu
Kimya üzrə fəlsəfə doktoru, dosent 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Naxçıvan MR ərazisində yayılmış bitkilərin fitokimyəvi analizlərinin aparılması, onlar­dan fərdi birləşmələrin və preparatların ay­rıl­ması, kimyəvi qurluşlarının və tərkibləri­nin öyrənilməsi, bəzi bioloji aktivliklərinin təd­qiqi və istifadə perspektivlərinin  müəy­yən­ləşdilməsi. 
Əsas elmi nəticələri

Crataegus, Rosa cinslərinin bəzi növlərindən alınmış suda  həllolan polikarbohidratların və pektin maddələrinin kimyəvi tərkibləri və qur­luş xüsusiyyətləri, analitik özəllikləri, hid­rodinamik xassələri, ağır metalların ion­ları ilə kompleks əmələgətirmə  şəraitləri  və prosesin mexanizması müəyyən edilməsi.

Bitki mənşəli polifenol komplekslərinin təd­qiqi, onların flavonoid tərkibinin müəyyən edilməsi və fərdi flavonoidlərin ayrılması, kimyəvi qurluşlarının təyini; bitkilərdən alın­mış ekstraktların və fərdi birləşmələrin anti­oksidant aktivliklərinin (ümumi antioksidant və antiradikal aktivlik, reduksiyaedici gücü və xelatlama effekti) təyini; flavonoidlərin antioksidant aktivliklərinin kimyəvi qurluşla­rın­dan asılılığının tədqiq edilməsi; yemişan meyvələrinin kompleks emalı metodunun iş­lənməsi.