Arxeoloji xidmət şöbəsi

Tel. (+994 70) 7546397 
Faks  
Elektron poçtu

zeyneb_guliyeva@yahoo.com.tr 

Struktur bölmənin rəhbəri

Zeynəb Kərim qızı Quliyeva

Tarix üzrə fəlsəfə doktoru, dosent 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Naxçıvanın arxeoloji tədqiqi, təşkil edilən arxeoloji ekspedisiyaların işində, onların hesabatlarının müzakirəsində, qəbulunda və sənədləşdirilməsində iştirak etmək, şöbəyə daxil olan arxeoloji materialların qeydiyyatını aparmaq, sistemləşdirmək, mühafizə və təbliğ etmək.  
Əsas elmi nəticələri AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda yaradılmış arxeoloji ekspedisiyanın tərkibində Fransa Milli Araşdırmalar Mərkəzinin nümayəndələri ilə birlikdə Babək rayonunda yerləşən I Kültəpə abidəsində müştərək tədqiqatlar aparılmışdır. Buradan üzə çıxarılan dairəvi tikili qalıqlarının, ocaq tiplərinin, sümükdən və müxtəlif daş növlərindən hazırlanmış əmək alətlərinin və keramika məmulatının Cənubi Qafqaz və Yaxın Şərq paralelləri ilə müqayisəli təhlili əsasında Naxçıvanın Son Neolit mədəniyyətinin özünəməxsus xüsusiyyətləri tədqiq edilmiş, Naxçıvanın Neolit keramikasının ornamental xüsusiyyətləri  işlənərək elmi dövriyyəyə buraxılmışdır. 2017-ci ilin iyul-avqust aylarında AMEA Naxçıvan Bölməsində V.Baxşəliyevin rəhbərliyi ilə təşkil edilmiş ekspedisiyanın tərkibində Naxçıvantəpədə arxeoloji tədqiqatlar aparılmış və buradan aşkar edilən Erkən Eneolit dövrü keramikasının bir qisminin qrafik təsvirləri hazırlanmışdır. Arxeoloji xidmət şöbəsinin elmi-inventar kitabı tərtib edilmişdir. İnstitutun nəzdində fəaliyyət göstərən Arxeologiya və Etnoqrafiya muzeyinin elmi ekspozisiyasının 

yenidən qurulması istiqamətində işlər aparılmış, ekspozisiyanın inventarlarının miqdarının dəqiqləşdirilməsi, təmizlənməsi, həmçinin muzeyə yeni daxil olan materialların sənədləşdirilməsi həyata keçirilmişdir.

1. Arpaçay vadisinin Tunc dövrü abidələri. Elm, 2014, 192 s.

2. Kültəpədə arxeoloji araşdırmalar (2013-2016). Bakı, Nurlan, 2017, 164 s. (həmmüəllif)

3. Arxeologiya və Etnoqrafiya Muzeyi (məlumat-bələdçi). AMEA Naxçıvan Bölməsinin “Tusi” nəşriyyatı, 2017, 36 s.