Qədim və orta əsrlər tarixi şöbəsi

Tel. (+994 50) 3951252 
Faks  
Elektron poçtu

ilhamialiyev@yahoo.com.tr 

Struktur bölmənin rəhbəri

İlhami Nizam oğlu Əliyev

tarix üzrə fəlsəfə doкtoru
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Azərbaycan tarixinin tərkib hissəsi kimi Naxçıvanın qədim və orta əsrlər tarixinin öyrənilməsi.
Əsas elmi nəticələri

Naxçıvan ərazisində mövcud olan epiqrafiк abidələr sistemli şəкildə tədqiq olunmuş, indiyədək 600-dən artıq kitabə qeydə alınmışdır. Kitabələrin mətnləri oxunaraq Azərbaycan dilinə tərcümə edilmiş, onlar Azərbaycan tarixinin mənbəyi kimi öyrənilmişdir. Tədqiq olunan kitabələrin böyük əksəriyyəti ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir. Bu abidələrin təqdim etdiyi məlumatlar əsasında orta əsrlər zamanı Naxçıvanda fəaliyyət göstərən sufiliklə bağlı mərkəzlərlə əlaqədar tədqiqatlar aparılmış, bir neçə xanəgah, onların rəhbər şeyxlərinin fəaliyyəti öyrənilmişdir. Naxçıvanın orta əsrlər dövrü tarixinin və epiqrafik abidələrinin tədqiqi istiqamətində işlər davam etdirilməkdədir. Eyni zamanda Naxçıvanda mövcud olan daş üzərində işləmə mərkəzlərinin (Darıdağ, Tivi, Kırna və s.) faliyyəti tədqiqata cəlb olunmuşdur. Məlum olmuşdur ki, Naxçıvan bölgəsində indiyədək qalan müxtəlif xatirə abidələri, o cümlədən daş qoç fiqurları, sənduqələr və s. bu mərkəzlərdə yerli ustalar tərəfindən hazırlanmışdır. Ərazidə indiyədək qalan orta əsrlər dövrünə aid xatirə abidələri üzərindəki təsvirlər tarix-mədəniyyət abidələri kimi tədqiq edilərək elmi dövriyyəyə buraxılmışdır. Həmçinin orta əsrlər dövründə Naxçıvanda inkişaf etmiş sənətkarlıq sahələri araşdırılmışdır. Digər istiqamətdə Naxçıvanın XIII-XVIII əsrlər dövründə siyasi vəziyyəti, iqtisadi həyatı, tarixi coğrafiyası və əhalisi tədqiqata cəlb edilmişdir. Tədqiqatlar göstərmişdir ki, monqol hücumları, Hülakilər və Səfəvilər dövründə Naxçıvan ərazisi baş vermiş müharibələr nəticəsində zərər çəksə də, burada inkişaf da olmuş, şəhərlər, sənətkarlıq, ticarət və mədəniyyət inkişaf etmişdir. Həmin vaxt Naxçıvan bölgəsinin əhalisi əsasən azərbaycanlılardan ibarət olmuşdur.

1.Nахçıvаndа sоsiаl-siyаsi və idеоlоji mərkəzlər. Bаkı: Еlm, 2003, 392 s.

2.Оrtа əsrlərdə Nахçıvаnın sоsiаl-siyаsi həyаtındа dini mərkəzlərin rоlu. Bаkı: Еlm, 2003.

3.Vənənd. Bаkı Univеrsitеti nəşriyyаtı, 2003,156 s.

4.Оrdubаd şəhərinin müsəlmаn еpiqrаfikаsı аbidələri. Bаkı: MBM, 2009, 192 s.

5.Аzərbаycаn tаriхi dərslərində еpiqrаfik mаtеriаllаrdаn istifаdə. Bаkı: MBM, 2009, 52 s.

6.Kəhriz sistеmləri. Bаkı: İndiqо, 2010, 159 s.

7.Еpiqrаfikа. Bаkı: MBM, 2010, 144 s.

8.Naxçıvanda sufiliklə bağlı mərkəzlər. Bakı: Elm və təhsil, 2013, 328 s.

9.Heydər Əliyev irsi - əbədiyaşar təlim. Naxçıvan: Əcəmi NPB, 2014, 200 s.

10.Tarixi mənbələrdə Nuh peyğəmbər. Naxçıvan: Əcəmi NPB, 2015, 158 s.

11.Naxçıvanın epiqrafik abidələrində görkəmli şəxsiyyətlər. Naxçıvan: Əcəmi NPB, 2016, 144 s.

12.“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi. Naxçıvan: Əcəmi NPB, 2016, 72 s.

13.Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: Əcəmi NPB, 2017, 216 s.

14.Эпиграфичиские памятники Нахчывана. Нахчыван: ИПО «Аджеми», 2017, 200 с.

15.Naxçıvan bölgəsi Səfəvilər dövründə. Bakı: Elm və təhsil, 2014, 224 s.

16.Naxçıvan bölgəsinin xatirə abidələri üzərindəki təsvirlər tarix-mədəniyyət abidəsi kimi. Bakı: Elm və təhsil, 2013, 232 s.

17.Naxçıvanda sənətkarlıq (XII-XIX əsrlər). Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 184 s.