Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosu

Ünvan AZ1143, Bakı ş. H. Cavid pr. 115   
Tel. (+994 12) 4975965
(+994 12) 4975964 
Faks  
Elektron poçtu sdeo@azdata.net; gaman51@mail.ru
Direktor

Texnika elmləri doktoru

Həsənov Qəhrəman Söyün oğlu

(+994 12) 4975965

(+994 50) 3344203

sdeo@azdata.net;

 gaman51@mail.ru

Baş mühəndis 

Kimya üzrə f.e.d., Abdullayev Fuad Zeynaloviç

(+994 12) 4975964

(+994 50) 4800143

Direktor müavini

Kimya üzrə f.e.d., Vəliyev Vaqif Qədir oğlu

(+994 12) 4975964

(+994 50) 4435101 

Yaranma tarixi 

AMEA-nın MXKE Tİ XKTB Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 22 iyun 322 saylı sə­rən­camı və Azərbaycan EA-nın Rəyasət Hey''ətinin 1981-ci il 30 iyun 30 saylı qərarı əsasında yara­dıl­mış­dır. 

Əsas fəaliyyət istiqamətləri

Təşkilatın elmi texniki fəaliyyə­tiniin əsas istiqamətlərini  mineral və təbii xammalın e'malı, səna­ye­­də istifadə üçün yeni növ maddə və materialla­rın alınma texnologiyalarının iş­lənməsi, is­te­hsalı təşkil ediləcək proseslərin layihə-kons­truktor və normativ texniki sə­nədlərinin hazırlanması, yeni texno­lo­ji proseslərin təcrübi və təcrübi-sənaye miqyasında işlənməsi və istehsala tətbiqi. 
Əsas elmi nəticələr

AMEA-nın MXKE Tİ XKTB fəaliyyət göstərdiyi illər ərzində aparılmış elmi tədqiqat və təcrübi konstruktor işləri əsasında bir sıra kimyəvi məhsulların alınma texnologiyasını işləmiş və istehsala tətbiq etmişdir. Bu işlərdən:

- Keçmiş SSRİ-nın Mikroelektronika Sənayesi  Nazirliyinin aparıcı müəssisələrində (zavod "Elma", "Anqstrem") inteqral sxem və yarımkeçirici cihazların istehsalında istifadə edilən fotorezistlərin əsas komponentlərinin alınma texnologiyasının işlənməsi,

- aviasiya sənayesində uçuş məlumatlarının avtomatik qeydedicilərinin («Qara qutu») oda və istiliyə davamlı qoruyucu örtük materialların alınma texnologiyasının işlənməsi,

- aviasiya sənayesində radioşəffaf materialların alınma texnologiyasının işlənməsi,

- saturasiya işlərində dalğıcların normal iş fəaliyyətini təmin etmək üçün əhəngli kimyəvi uducu («ƏKU») maddənin alınma texnologiyasının işlənməsi,

- tekstil, xalçaçılıq və yeyinti sənayesində istifadə edilən bitki mənşəli təbii boyaq maddələrinin alınma texnologiyasının işlənməsi,

- Abşeron yarımadasının ekoloji mühitini sağlamlaşdırması məqsədilə neft şlamları və neftlə çirklənmiş torpaqların utilizasiya və zərərsizləşdirmə texnologiyalarının işlənməsi,

- Bakı Yod (Suraxanı və Ramana əraziləri) və Neftçala Yod-Brom Zavodlarının istehsalat sahələrinin neft və ağır metallarla çirklənmə səviyyələrinin tədqiq edilməsi üzrə ekoloji monitorinq işlərinin aparılması,

- «Qara-SU» Beynəlxalq Şirkətinə məxsus neftlə çirklənmiş sahələrdə 4000 tondan yuxarı neft şlamının zərərsizləşdirilməsi və mədən ərazisində bərpa işlərinin aparılması.

Aparılmış işlər əsasında təşkilat bir sıra Bey­nəlxalq Proq­ramların e'lan etdiyi müsabi­qələrdə iştirak etmiş və onların qalibi olmuşdur. Bunlardan:

- İNTAS Proqram­ı çərçivəsində «Metal oksidlərinin nanokompozitləri: qaza həssaslıqla əlaqədar onların sintezi və göstəriciləri» (layihə «0066-2001»),

- Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) «Forma yaddaş effektli ərintilərin alınması üçün ilkin maddə kimi metal şüşələrin tədqiqi»,

- Ukrayna Elmi Texnoloji Mərkəzinin «Nəqliyyat qəzaları, hərbi konfliktlər və terror akt­la­rının ekoloji nəticələrini aradan qaldırmaq üçün effektli texnologiya və ava­dan­lıq hazırlanması» (layihə № 3322),

- Ukrayna Elmi Texnoloji Mərkəzinin Təşəbbüslər Proqramı çərçivəsində «Yeni coxtərkibli forma yaddaş materiallarıının alınması» (layihə №5078), "Xüsusi sintetik çuqunun alınmasında idarə olunan texnologiyanın işlənməsi" (layihə №5595),

- Avropa Bir­­liyinin TACIS Proqramı ilə Azərbaycan Höküməti arasında «Neftləçirklənmiş torpaqların bərpası» (layihə EAZ 9801) layihələrini göstərmək olar.

32 illik elmi texniki fəaliyyətinin nəticələrinə görə təşkilat keçmiş SSRİ ixtiraçısı döş nişanı ilə təltif edilmiş və müxtəlif illərdə Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin on iki qızıl, gümüş və bürünc medallarına layiq görülmüş, aparılmış tədqiqat işləri üzrə 220-dən çox müəlliflik şəhadətnaməsi və pa­tent almışdır. Təşkilatda kadr ha­zır­lığına fikir veril­miş və müxtəlif elm sahələri üzrə 2 elm­lər dok­toru, 25 nə­fər elmlər namizədi yetişdirilmişdir.  
İşçilərin ümumi sayı 

37

Struktur bölmələri  Mineral xammalın kompleks emalının texnologiyası laboratoriyası

Konstruksiya materiallarının texnologiyası laboratoriyası

Ekotexnoloji tədqiqatlar və monitorinq laboratoriyası

Texnoloji şöbə

Layihə konstruktor şöbəsi

Təcrübə istehsalat şöbəsi

Elmi texniki və patent şöbəsi

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

Əliyev İ.S.

Abbasov F.K.

Umbayeva S.A.

Allazov N.M.

Vəliyev A.V.
Elmlər doktorları
Fəlsəfə doktorları