Respublika Seysmoloji Xidmət Mərkəzi

 

Veb-sayt www.seismology.az   
Ünvan AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, Nigar Rəfibəyli küç., 25 
Tel. (+994 12) 4923265
Elektron poçtu seys@azeurotel.com 
Direktor

Yetirmişli Qurban Cəlal oğlu 

Tel.: (+994 12) 4924926 

Faks: (+994 12) 4921444

E- poçt: seys@azeurotel.com

Direktor müavinləri

Rzayev Azay Qurbətoviç

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru

elmi məsələlər üzrə

Tel.: (+994 12) 4923165

E- poçt: azay_r@yahoo.com

İsgəndərov Ramiz İman oğlu 

istehsalat işləri üzrə

Tel.: (+994 12) 4977491
Elmi katib

İbrahimova Lalə Ağadadaş qızı

Tel.: (+994 12) 4977491

E-poçt: ibrahimova1970@list.ru

Yaranma tarixi 

1979-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına və Milli Elmlər Akademiyasının sərəncamına əsasən AMEA “Geofizika” Elmi Mərkəzində Təcrübi-Metodiki Geofizika Partiyası yaradılmışdır. 

1980-ci ildə isə bunun əsasında Təcrübi - Metodik Geofizika Ekspedisyası təşkil edilmişdir. Ekspedisyaya AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmlər doktoru Arif Həsənov rəhbərlik etmişdir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.09.1998-ci il tarixli 179 saylı qərarı ilə TMGE-yə 1999-cu ildən AMEA - nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi statusu verilmişdir. 
Əsas fəaliyyət istiqamətləri

Seysmoloji tədqiqatlar 35 telemetrik seysmik stansiyalardan ibarət müşahidə şəbəkəsi əsasında res Respublika ərazisinin seysmikliyinin, zəlzələlərin kinematik və dinamik parametrlərinin öyrənilməsi, seysmik rejim, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir, dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Surət modeli tərtib olunur, seysmik tomoqrafiya tədqiqatları aparılır,  zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riski qiymətləndirilir və  seysmik rayonlaşdırma, mikrorayonlaşdırma işlərinin aparılması iri tikinti obyektləri sahələrinin seysmikliyi tədqiq edilir.

Geofiziki sahələrdəki seysmoanomal effektlərin təzahürü strukturları və xüsusiyyətlərinin kompleks tədqiqi ilə məşğul olur. Geofiziki stansiyalar şəbəkəsi vasitəsilə geomaqnit sahəsi gərginliyinin, ağırlıq qüvvəsi və qravitasiya potensialin ikinci törəməsinin variasiyaları araşdırılır.

Geokimyəvi sahələrdəki seysmoanomal effektlərin təzahürü strukturları və xüsusiyyətlərinin kompleks tədqiqi ilə məşğul olur. Respublikanın seysmoaktiv bölgələrində geokimyəvi sahənin hidro-, qazo- və radiokimyəvi komponentləri analiz olunur. Bu işlər seysmogen zonaların deformasiya – gərginlik vəziyyətini qiymətləndirməyə və seysmogen sahələrdə  olan zəlzələdən öncə anomal xəbərverici effektləri aşkarlamaga imkan verir. 
Əsas elmi nəticələr

1.İlk dəfə Azərbaycan ərazisində eninə dalğaların polyarizasiyasının parametrlərinin çoxkanallı qeyd olunan telemetrik stansiyaların məlumatları əsasında qiymətləndirilmə üsulu öyrənilmişdir ki, bu da eninə dalğaların nöqtələrinin trayektoriyasının öyrənilməsinə, onların müxtəlif dərinliklərdə istiqamətlərinin dəyişdirilməsinin təhlil edilməsinə və geoloji mühitin mürəkkəb quruluşunda eninə dalğaların təyin edilməsinin effektivliyinin artırılmasına imkan yaradır.

İcraçılar:(g.-m.e.d.Q.C.Yetirmişli, geologiya -minerologiya üzrə fəlsəfə doktoru I.E.Kazımov)

2.İlk dəfə Azərbaycanın telemetrik stansiyaları şəbəkəsinin məlumatları əsasında Orta Kür çökəkliyində müşahidə məntəqələrində P və S dalğalarının gəlmə vaxtlarına düzəlişlər verməyə və zəlzələ hiposentrlərinin koordinatlarının təyinini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verən yer qabığının ədədi sürət modeli tərtib olunmuşdur.

İcraçılar:(g.-m.e.d.Q.C.Yetirmişli, geologiya -minerologiya üzrə fəlsəfə doktoru S.E.Kazımova)3.   İlk dəfə olaraq elektron məlumat bazası əsasında geofiziki sahələrin parametrlərinin kompleks interpretasiyası, nəticələrin qrafiki, 3D formatında vizuallaşdırılması, modellərin qurulması və geofiziki sahələrdə seysmoanomal effektlərin aşkarlanmasına imkan verən proqram paketi yaradılmışdır.
Icraçı: g.-m.e.d. Q.C.Yetirmişli, geologiya -minerologiya üzrə fəlsəfə doktoru T.B.Əsədov

4. Geomaqnit sahəsinin parametrlərinin analizi əsasında Azərbaycanın seysmogen zonalarında (Böyük Qafqaz və Talış zonası) zəlzələlərin baş verə biləcək zonaları müəyyən edilmişdir və bu həmin zonalarda seysmik aktivliyin senarisinin inkişafını izləməyə imkan verdi.

İcraçılar:(g.-m.e.d.Q.C.Yetirmişli, f.-r.e.n. A.Q.Rzayev)

5. İlk dəfə Azərbaycan seysmotelemetrik stansiyaların məlumatları əsasında instrumental üsulu ilə, Lökbatan palçıq vulkanının 3 səviyyəli püskürmə prosesi qeyd olunub. Hər bir püskürməyin davamlığı, dərinliyi və ayrılan enerjisi təyin olunub.

İcraçılar:(g.-m.e.d.Q.C.Yetirmişli,g.-m.f.d. S.E.Kazımova)

6. Azərbaycan seysmotelemetrik stansiyaların məlumatları əsasında, ocaq mexanizmlərinin məlumat bazası yaranıb (M≥2,5) və respubllika ərazisinin ayrı-ayrı seysmogen zonalarında seysmotektonik deformasiyaların xüsusiyətləri müəyyən olunub.

İcraçılar:(g.-m.e.d.Q.C.Yetirmişli,g.-m.f.d. S.E.Kazımova)

7. Seysmogeokimyəvi və seysmik sahələrin çoxillik monitorinqi nəticəsində ilk dəfə olaraq Şamaxı-İsmayıllı seysmogen zonasında geokimyəvi parametrlərin kombinasiyaları əsasında mikrobloklar müəyyən olunmuş və zəlzələ qabağı zaman təyin edilmişdir.

İcraçılar:(g.m.e.d.R.A.Kərəmova,P.A.Abdulrazaqova, Y.N.Kudryavtseva) 
İşçilərinin ümumi sayı 355 
Struktur bölmələri Seysmologiya
Geofizika
Geokimya

Elmi şura

-       sədr

-       katib

-       üzvləri



g.-m.e.d.Q.C.Yetirmişli

L.A.İbrahimova
F.Ə.Qədirov - müxbir üzv, g.-m.e.d.,professor
P.Z.Məmmədov - müxbir üzv, g.-m.e.d.,professor
H.H.Quliyev - müxbir üzv, g.-m.e.d.,professor
Ş.A.Balakişibəyli - g.-m.e.d.,professor
M.İ.İsayeva - g.-m.e.d.,professor
A.A.Əliyev - g.-m.e.d.,professor
Ç.S.Əliyev - g.-m.e.d.,professor
R.A.Kərəmova - g.-m.e.d.
T.Y.Məmmədli - g.-m.e.d.
A.Q.Rzayev - f.-r.f.d.
T.B.Əsədov -  g.-m.f.d.
E.S.Qaravəliyev - g.-m.f.d.
T.X.Əliyev - t.f.d., dosent
İ.E.Kazımov -  g.-m.f.d.
S.E.Kazımova - g.-m.f.d. 

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

 

-       katib

-       üzvləri

Fərəcov Vüqar Əliş oğlu

Məmmədov Şahin Ağamirzə oğlu - sədr müavini

Məmmədova Cəmilə  - katib

Qaravəliyev Etibar Sayad oğlu
Kazımova Səbinə Eldar qızı    
Kazımov İlyas Eldar oğlu
Yusifov Azər Firudin oğlu
Cəfərov Telman İmran oğlu
Əkbərov Elşən Rəşid oğlu
Qurbanov Elvin Baxçalı oğlu
İsmayılov Ayaz Həsən oğlu 

Dissertasiya şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri
 

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri

Quliyeva A.B. 

İsgəndərov R.İ.

Əhmədova H.B.

Fəttahova L.T.
Yusifov A.X.
Məmmədova K.N.  
İctimaiyyətlə əlaqələrə məsul şəxs Hüseynova Vüsalə Rafiq qızı  
Elmlər doktorları 
Fəlsəfə doktorları