H.Zərdabi adına Milli Təbiət tarixi muzeyi

Ünvan AZ1006, Bakı ş., Lermantov küç., 3 
Tel. (+994 12) 4920667, (+994 12) 4926501 
Faks  
Elektron poçtu t_eybatov@mail.ru
Struktur bölmənin rəhbəri Eybatov Tariyel Mahmud oğlu

Biologiya üzrə fəlsəfə doktoru

Tel.:(+994 12) 4920667

E- poçt: t_eybatov@mail.ru

Direktor müavini

Obrik Abdulla oglu Zeyniyev

Tel.: (+994 12) 4920667, 4926501

E- poçt: zeyniyev@mail.ru

İşçilərin ümumi sayı

19 
Struktur bölmənin fəaliyyət istiqamətləri Azərbaycanda qazıntı halında tapılan onurğalıların öyrənilməsi. Arxegeologiya. Arxezoologiya. Xəzər suitinin ekologiyası və morfologiyası (tələfat monitoringi). Təhsil və maarifçilik ( biologiya üzrə testlərin yazılması və məktəb dərsliklərin monitoringi). 
Əsas elmi nəticələri

1. Azərbaycanda qazıntı halında tapılan onurğalı heyvanların elektron kataloqu yaradılıb.

2. Arxeoloqlarla birgə Azərbaycanın ərazisində bir neçə yeni paleolit dayanacaqları əşkar olunub (Qaraca və b.) və paleontoloji cəhətdən əsaslandırılmışdır.

3. Binəqədi dördüncü dövr fauna və flora tapıntı yerində üçüncü ekspedisiya çərçivəsində, iki il ərzində qazıntı işlər aparılmışdır. Nəticədə 20 mindən çox onurğalılara məhsus olan cümük, və çoxlu sayda bitki və buğumayaqlılar qırdan təmizlənmişdir.  Onların arasından iki yeni növ quş və iki yeni növ bitki təyin edilmişdir   

4. Pirəkəşkül kəndinin ətrafında Qara-İslam dağın ətəyində ilk dəfə diatom süxurlarında qədim balinakimilərin qabırğaları tapılmışdır.

5.  Arxegeologiya - yeni elm istiqaməti  yaradılır.    

6. Biologiya üzrə məktəblərin 6-ci,7-ci və 11-ci siniflər üçün 12 test dərs vəsaiti və ali məktəblərə hazırlaşan abituriyentlər üçün 4 vəsait-sorğu kitabçası çap olunmuşdur.

7. Xəzər suitinin fərdi inkişafının öyrənilməsi: onun maksimal yaşama dövru ilk dəfə təyin olunub(50 -il), cinsiyyət yetişkənliyi 7-8 yaşında, fiziki yetişkənlik - 18-20 yaşında baş verir, qocalıq əlamətləri isə 30-32 yaşından müşahidə olunur. 1971-ci ildən indiyədək Abşeron yarımadasının şimal sahilində xəzər suitinin ölüm monitoringi aparılmışdır, və bu monitoringin nəticəsində müxtəlif obyektiv və subyektiv səbəblərdən onun populyasiyasının 10-15 il ərzində 4 dəfə kəskin azalması sübuta gətirilmişdir. 2006-2010 illərdə İngiltərə hökümətinin Darvin təşəbbüsü grant proyektinin (xəzər suitinin qorunmasına əsr olunmuş) Azərbaycan akvatoriyasında aparılan tədqiqatlara rəhbərlik edilmişdir.

Elmlər doktorları

Fəlsəfə doktorları