Lütfi Zadə (1921-2017)

Lütfəli Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakı şəhərində ana­dan ol­muş­dur. Tehran Universitetini elektrik mü­həndisliyi ixtisası üzrə bitir­miş­dir (1944). 1959-cu ilə qədər ABŞ-da Massaçusets Tex­nologiya İnstitutunda və Kolumbiya uni­versi­tetlərində magistr, doktorluq elmi dərə­cələri almış, pro­fessor kimi fəaliyyət göstər­mişdir. 1959-cu ildən Berkli Universitetində profes­sor, 1963-cü ildən isə Elektrik mühən­disliyi və kompüter elmləri kafedrasının rəhbəri işləmişdir. Hal-hazırda həmin uni­ver­sitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərir.

5 Fundamental elmi nəzəriyyə təklif etmişdir. ABŞ-ın Berkli şəhərində İnfor­masiya Texnologiyası üzrə Zadə İnstitutu (ZİFİT İnstitutu) yaradıl­mışdir.

Elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, infor­masiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş bir elmi nəzə­riyyədir.

Məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşa­hidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında ida­rəetmə sis­tem­lərini tədqiq edir, layihələndirir və tətbiq edir.

Ən böyuk nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riya­ziyyatın əsası olan ikili coxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis cox­luq. Elmə qeyri-səlis məntiq ölçünün daxil edilməsi təbiətdə və cə­miyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaratdı.

Soft Computing nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmlə­rinin intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiya­ların əsasını təskil edir.

Sözlə işləyən kompüterlər nəzəriyyəsi əsasında işləyən kompüter­lərdə in­for­masiyanın qranulyasiyası kimi sözlər, cümlələr istifadə olunur. Bu tip kom­püterlər təxmini məntiqi nəticəçıxarma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən insan beyninə ən adekvat tex­niki modeldir.

Təəssürat nəzəriyyəsi dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tez və dolğun informasiya almaq üsullarını verir. Bu nəzəriyyənin məqsədi in­sanda mövcud olan oxşar süni təəssürat sistemini yaratmağın prinsip və üsulla­rını ver­məkdir.

Qeyri-səlis məntiq, idarəetmə və Computing sahəsində 54 beynəlxalq jur­na­lın elmi redaktoru və ya redaksiya heyətinin üzvüdür.

Dünyada əsərlərinə ən cox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən cox istinad edilmişdir.

Bir cox xarici ölkə akademiyalarının üzvüdür. Coxlu sayda mötəbər cəmiy­yətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif olunmuş­dur. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur.

L.Ələsgərzadə (Lütfi Zadə) 2001-ci il mayın 16-da Azərbaycan MEA-nın fəxri (xarici) üzvü seçilmişdir.

Lütfi Zadə 6 sentyabr 2017-ci ildə vəfat etmişdir.