Məmmədov Zəkəriyyə Məhərrəm oğlu

 

Anadan olduğu yer Naxçıvan MR. Ordubad şəhəri   
Təvəllüdü 29.06.1937 
Bitirdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti 
Elmi dərəcəsi biologiya elmləri doktoru 
Elmi rütbəsi Baş elmi işçi 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun ad


 

2413.01

“Entomologiya” 

Naxçıvan MR-da meyvə bitkilərinə zərərverən həşəratların parazitləri

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı



 

2413.01

“Entomologiya”

Azərbaycanda meyvə bitkilərinə zərərverən pulcuqluqanadlıların parazitləri və onlardan bioloji mübarizədə istifadə olunma yolları

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

92 məqalə

 

35 məqalə 
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı

Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-        elmlər doktorlarının sayı


5

2

Əsas elmi nailiyyətləri Çoxillik tədqiqatlar nəticəsində meyvə bitkilərinə zərər verən 74 növ pulcuqluqanadlı aşkar edilmişdir ki, bunlardan 16 növü Azərbaycan faunası üçün ilk dəfə qeyd olunur. Müəyyən edilmişdir ki, pulcuqluqanadlıların 59 növü tumlu bitkilərə, 15 növü isə çəyirdəkli bitkilərə zərər verir. 10 növ zərərli pulcuqluqanadlının 79 növ parazit entomofaq tərəfindən yoluxduğu aşkar edilmişdir. Parazitlərin 29 növü Azərbaycan faunası üçün ilk dəfə göstərilir. İlk dəfə olaraq Azərbaycanda 56 növ parazitin sahibi aşkarlanmışdır, bunlardan 12 növü Qafqaz, 14 növü isə, keçmiş SSRİ ərazisi üçün yenidir. Zərərli pulcuqluqanadlılara qarşı mübarizədə tətbiq olunmaq üçün 19 növ parazitin bioekoloji xüsusiyyətləri və yoluxduruculuq fəaliyyəti haqqında daha ətraflı məlumatlar verilmişdir. İlk dəfə olaraq alma və zolaqlı meyvə güvəsinə qarşı 3 növ parazitin (Nythobia armilata Grav., Bracon hebetor Say., Perisierola gallicola Kieff.) laboratoriya şəraitində cənub anbar odlucası üzərində çoxaldılma yolları, ageniaspis (Ageniaspis fuscicollis Dalm.) parazitinin isə alma güvəsinə (Yponomeuta malinellus Zll.) və 2 növ yırtıcı həşəratın (Synthomis phegea L., Colosoma sycophanta L.) tək ipəksarıyana (Lymantria dispar L.) qarşı mübarizədə arealdaxili köçürmə üsulları işlənib hazırlanmış və tətbiq olunmaq üçün Kənd Təsərrüfatı Nazirliyinə tövsiyə kimi təqdim edilmişdir. Azərbaycanın Mil-Muğan zonasında “pambıq sovkasının sayının tənzimlənməsində entomofaqların və entomopatogen mikroorqanizmlərin rolu” öyrənilmiş, respublikada ilk dəfə olaraq faydalı həşəratrların say meyarlarından istifadə etməklə, pambıq sovkasına qarşı inteqrasiya mübarizə üsulu təklif edilmişdir. “Azərbaycanda kənd təsərrüfatı bitkilərinə zərərverən böcəklərin parazitləri və onlardan bitki mühafizəsində zərərli böcəklərə qarşı bioloji mübarizədə  istifadə edilmənin yolları” mövzusunda tədqiqat işləri aparmışdır. Nəticədə meyvə bağlarında 38 növ zərərverən böcək aşkar edilmişdir ki, bunlardan 2 növü Azərbaycan faunası üçün ilk dəfə qeyd edilmişdir. 9 növ zərərvericinin bioekoloji xüsusiyyətləri, təsərrüfat əhəmiyyəti və entomofaqları öyrənilmişdir. Onların 35 növ parazit və yırtıcısı aşkar edilmişdir.  İlk dəfə olaraq Azərbaycanda meşə ağaclarına zərərverən 37 növ ksilofaq və onları məhv edən 35 növ entomofaq aşkar edilmişdir ki, onlardan 7 növ ksilofaqın və 4 növ entomofaqın bioekoloji xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti öyrənilmişdir. 

Elmi əsərlərinin adları

1. Azərbaycanda meyvə bitkilərinə zərərverən pulcuqluqqanadlıların parazitləri və onların bioloji mübarizədə istifadə olunma yolları. Bakı "Elm", 2004, 236 səh.

2. Azərbaycanın Böyük Qafqaz bölgəsində meşə ağaclarına zərərverən ksilofaqlar və onların təbii düşmənləri. AMEA-nın "Xəbərlər jurnalı" N1-6, 1997, Bakı

3. Биометод как средство борьбы с насекомыми вредителями в Азербайджане. Экология животных, журнал Юг России, № 2, 2013, Махачкала

4. Bitki mühafizəsində bioloji mübarizə üsulunun persperktivləri. Zooloqlar cəmiyyətinin əsəsrləri, cild 31, № 1, 2013, Bakı

5. Способ внутриареального переселения агениасписа (Ageniaspis fuscicollis Dalm.) и хищной гусеницы ложной пестрянки (Syntomis phegea L.) в борьбе с яблоневой молью и непарного шелкопряда в Азербайджане. Межд. н.-прак. конф. инновац. техн. для устойч. и безопас. разв. аграр. сектора, 3-4 октября 2013, Грузия, Тбилиси

6. Опыт использования паразитов для биологического подавления вредных чешу-екрылых в плодовых садах Азербайджана. Межд. н.-прак. конф. инновац. техн. для устойч. и безопас. разв. аграр. сектора, 3-4 октября 2013, Грузия, 3-4 октября 2013, Грузия, Тбилиси

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, elmi şuranın üzvü

Pedaqoji fəaliyyəti

ADPU  bakalavr və magistratura kurslarında mühazirəçi, Dövlət imtahan komissiyalarının sədri

 
Digər fəaliyyəti  AMEA “Xəbərlər” jurnalı  redaksiya heyətinin, “Qırmızı kitab” redaksiya heyətinin üzvü, Zooloqlar cəmiyyətinin və Zoologiya institutunun elmi əsərlərinin redaktor müavini, “Bilik” və “Entomologiya” cəmiyyətlərinin sədri 
Təltif və mükafatları

AMEA Rəyasət heyətinin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirliyinin keçmiş SSRİ və Azərbaycan “Bilik” cəmiyyətlərinin fəxri fərman­ları, Gürcüstan KT Akademiyasının sertifikatı

Əsas iş yeri və ünvanı AMEA Zoologiya institutu, Bakı, keçid 1128, məhəllə 504 
Vəzifəsi Elmi işlər üzrə direktor müavini, “Faydalı həşəratların introduksiyası və bioloji mübarizənin elmi əsasları” laboratoriya müdiri 
Xidməti tel. (+994 12) 5103889, (+994 12) 5397339 
Mobil tel. (+994 50) 3781344 
Ev tel. (+994 12) 4324245 
Faks (+994 12) 5397353 
Elektron poçtu zakariya.mamedov@mail.ru