Abdullayev Vaqif Maarif oğlu

 

Veb-sayt     
Anadan olduğu yer Azərbaycan Respublikası, Lerik rayonu
Təvəllüdü 18.08.1973 
Bitirdiyi ali təhsil müəssisəsi

Bakı Dövlət Universiteti,

Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
Elmi dərəcəsi Riyaziyyat elmləri doktoru
Elmi rütbəsi Professor
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun ad

 

05.13.18

Riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri

Aralıq şərtlərli optimal idarəetmə məsələlərinin ədədi həlli

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı



1203.01

Kompüter elmləri

Qeyri-lokal başlanğıc – sərhəd şərtli yüklənmiş sistemlər üçün sərhəd və optimal idarəetmə məsələlərinin ədədi həll üsullarının işlənməsi 
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

125

 

55

 

31

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:     

-    fəlsəfə doktorlarının sayı

 
Əsas elmi nailiyyətləri

1. Çoxnöqtəli ayrılmamış şərtlərlə verilmiş adi diferensial tənliklər sistemi ilə təsvir olunan məsələlərin ədədi həll üsulunu (sürüşdürmə üsulunu) təklif etmişdir;

2. Çoxnöqtəli yüklənmiş adi diferensial tənliklər sistemi ilə təsvir olunan Koşi və ayrılmamış şərtlərlə verilmiş sərhəd məsələlərin ədədi həll üsullarını təklif etmişdir;

3. Çoxnöqtəli ayrılmamış nöqtəvi və inteqral şərtlərlə verilmiş adi və yüklənmiş diferensial tənliklər sistemi ilə təsvir olunan məsələlərin ədədi həll üsulunu (bükülmə üsulunu) təklif etmişdir;

4. Müşahidələr əsasında toplanmış və paylanmış parametrli sistemlərin əks əlaqə ilə idarə olunması məsələlərini tədqiq etmiş, onların ədədi həlli üçün düsturlar almış və həlli üçün yanaşma təklif etmişdir;

5. Çoxnöqtəli ayrılmamış nöqtəvi və inteqral şərtlərlə verilmiş adi və yüklənmiş diferensial tənliklər sistemi ilə təsvir olunan proseslər üçün optimal idarəetmə məsələlərə baxmış, zəruri şərtlər almış və ədədi həll alqoritmini təklif etmişdir;

6. Qeyri-lokal nöqtəvi və inteqral şərtlərlə verilmiş yüklənmiş adi və xüsusi törəməli tənliklərə nəzərən sərhəd məsələlərin ədədi həlli üçün yanaşma vermişdir;

7. Qeyri-lokal şərtlərlə verilmiş yüklənmiş adi və xüsusi törəməli tənliklərə nəzərən tərs məsələlərin ədədi həlli üçün yanaşma vermişdir;

8. Qeyri-lokal şərtlərlə verilmiş paylanmış parametrli sistemlərdə optimal idarəetmə məsələlərini tədqiq etmiş, zəruri şərtlər almış və məsələlərin ədədi həll alqoritmlərini vermişdir.

9. Qeyri-lokal şərtlərlə verilmiş yüklənmiş adi və xüsusi törəməli tənliklərə nəzərən tərs məsələlərin ədədi həlli üçün üsul vermişdir.
Elmi əsərlərinin adları

1. Numerical Solution of Problems of Optimal Control of the Loaded Concentrated Systems //

Comput. Math. Math. Phys. Vol. 46, №9, pp.1487-1502, 2006. (Science Citation Index Expanded).

2. On an approach to designing control of the distributed-parameter processes //

Autom. Remote Control. Vol. 73, № 9, pp. 1443–1455, 2012. (Science Citation Index)

3. On the Solution of Boundary Value Problems with Nonseparated Multipoint and Integral Conditions //

Differ. Equations. Vol. 49, №9, pp.1114–1125, 2013. (Science Citation Index Expanded).

4. An Approach to Numerical Solution to a Class of Loaded Non-local Problems //

Comput. Math. Math. Phys. Vol. 54, №7, pp.1096–1109, 2014. (Science Citation Index Expanded).

5. Finite Difference Methods for Solving Loaded Parabolic Equations //

Comput. Math. Math. Phys. Vol.56, №.1, pp.93–1055, 2016. (Science Citation Index Expanded)

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü  EUROPT - The Continuous Optimization Working Group of EURO
Pedaqoji fəaliyyəti 2005-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs deyir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Ümumi və Tətbiqi riyaziyyat" kafedrasının professorudur.
Digər fəaliyyəti 
  1. 2005-ci ildə (Project № BBP-06-layihə rəhbəri) - Azərbaycan Milli Elm Fondu və ABŞ Mülki Tədqiqatların İnkişaf Fondu tərəfindən BƏP çərçivəsində "Yeraltı hidrodinamika proseslərində optimal idarəetmə və identifikasiya məsələlərinin həlli üçün riyazi və proqram təminatının yaradılması" mövzusunda qrant layihəsi;
  2. 2006-cı ildə(INTAS Project № 06-1000017-8909- layihənin məsul icraçısı) - Avropa Birliyinin İNTAS Cənubi-Qafqaz Respublikaları ilə Əməkdaşlıq proqramı çərçivəsində "Paylanmış sistemlərdə tərs və optimallaşdırma məsələlərinin ədədi həlli üçün vahid yanaşmanın və proqram təminatının işlənməsi" mövzusunda qrant layihəsi;
  3. 2010-cu ildə (Qrant № EIF-2010-1(1)-40/11- layihə rəhbəri) - Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələş-dirilən "Mürəkkəb sistemlərin riyazi modelləşdirilməsi, optimallaşdırılması məsələlərinin ədədi həll üsullarının, proqram təminatının işlənməsi və tətbiqi" mövzusunda qrant layihəsi. 
Təltif və mükafatları  
Əsas iş yeri və ünvanı AMEA İdarəetmə Sistemləri İnstitutu, AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9
Vəzifəsi Aparıcı elmi işçi 
Xidməti tel. (+994 12) 5399231 
Mobil tel. (+994 50) 3964841 
Ev tel. (+994 12) 4323826 
Faks (+994 12) 5392826 
Elektron poçtu vaqif_ab@rambler.ru