İsmayılov Nəriman Məmməd oğlu

 

Veb-sayt     
Anadan olduğu yer Azərbaycan, Gəncə 
Təvəllüdü 08.08.1940 
Bitirdiyi ali təhsil müəssisəsi

Azərbaycan Kənd-Təsərrüfat İnstitutu-1962-ci il

Azərbaycan Dövlət Universiteti- 1969-cu il 
Elmi dərəcəsi Biologiya elmləri doktoru 
Elmi rütbəsi Professor 

Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun ad

 

 

2414.01MikrobiologiyaAromatik karbohidrogenləri parçalayan mikroorqanizmlərin tədqiqi

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

2426.01EkologiyaAbşeron yarımadasında  neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün biotexnologiyalar

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

165

 

3821

SSRİ EA Məruzələri (Moskva)-1,  impakt-faktor 0,413

Mikrobiologiya(Moskva)-5, impakt-faktor 0,436

Neftgaz texnologiyalar (Moskva) -1  impakt-faktor 0,06

Azərbaycan neft təsərrufatı -14. Elmi sitst gətirmə rusiya indeksini (ESTRİ) artıran jurnalların siyahısina daxildir.

 
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 17 

Kadr hazırlığı:     

-         fəlsəfədoktorlarının sayı

-        elmlər doktorlarının sayı

 

7

 

1

Əsas elmi nailiyyətləri

SSRI-də ilk dəfə neftlə çirklənmiş torpaqlardan aromatik karbohidrogenləri parçalayan bakteriyalar (Pseudomonas aeureginosa sp., Mycobacterium sp.) ayrılmış və bu karbohidrogenləri oksidləşmə prosesləri öyrənilmişdir.  

 Candida sp. cinsinə aid olan maye göbələkləri tərəfindən aromatik karbohidrogenləri transformasiya etmək qabiliyyəti öyrənilmiş və bu oksidləşdirici proseslərdə sitoxrom P-450 iştirakı ilk dəfə göstərilmiş və nəticələr FEMS konqresində müzakirə edilmişdir.

Mikroorqanizmlərin oksidləşdirirci aktivliyini təyin etmək üçün üsul tədqiq olunmuş və biotexnoloji müəssədə- “Ferment” elmi-praktiki birliyində (Latviya, Vilnus) tətbiq olunmuşdur.

Karbohidrogenlərin minerallaşma əmsalının müəyyən edilməsinin metodu işlənib təklif olunmuşdur. Bu üsul hal-hazırda MDB dövlətlərinin elmi idarələrində geniş istifadə olunur.

 Neftverimini artırmaq məqsədilə müasir innovativ  polifunksional ekobiotexnoloji üsullar işlənib hazırlanmış, patentləşdirilmiş və hal-hazırda neft sənayesində yüksək texnoloji və iqtisadi səmərəliliyi ilə geniş istifadə olunur.

Iri sənaye mərkəzi olan Abşeron regionunda daxili bioloji resurslardan istifadə etməklə bu regiona xas olan ekoloji problemlərin – neftlə çirklənmiş torpaqların təmizlənməsi, onların münbitliyini artırmaq, şəhər torpaqlarının vəziyyətini yaxşılaşdırmaq üçün qapalı biotexnoloji təsərrüfatın yaranmasının elmi əsasları işlənib hazırlanmışdır.

Torpaq örtüyünün üzvi maddələrləçirklənməyə davamlılığını təyin etmək üçün üsul və düstür.

Neftlə çirklənmiş torpaqların və qazma şlamlarının bioloji təmizlənməsinin texnologiyaların elmi əsalarının işlənib hazırlanması-metodlar ARDNŞ və BP-də tətbiq olunur.

1999-2012-ci illardə Stambulda və Bakida keçirilmiş  beynəlxalg olimpiadalarda təgdim edilmiş və 1 gızıl, üç cümüş və  iki bürünc medallarla təltif  edilmiş   6 ekoloji layihələırin  elmi rəhbəri. 

“Ekoloji mədəniyyət” və “Ekoloji mədəniyyətin dərəcəsi” konsepsiyası ilk dəfə olaraq əsaslandırılmış və irəli sürülmüşdür (Ekologiya və mədəniyyət kitabında əks olunmuşdur). 

Elmi əsərlərinin adları

Neftçıxarımının biotexnologiyası Bakı:Elm.- 1998.- 212s. (rus).

Ekologiya və mədəniyyət Bakı:Elm, 2006.-742s.(rus); 2013-cü ildə kitab Almaniyanın LAP LAMBERT Academic Publishing nəşriyatı tərəfindən nəşr edilmişdir.Kitab ABŞ –ın Konqressi, Avropa birliyinin (Brussel), Stambul Universitetin, Rusiyanın Dövlət kitabxanasında və başqa ölkələrin kitabxanarında təqdim edilmişdir.

Azərbaycannın torpaqlarının üzvi maddələrlə çirklənməsinə qarşı davamlığına görə rayonlaşdırılmasının elmi əsasları və prinsipləri (akad. Məmmədov G.Ş.). Bakı:Elm 2006. – 212s. (az və rus).

Qlobalistika və Azərbaycanın ekologiyası. Bakı:Elm 2006.- 195s. (rus). 2013-cü ildə kitab Almaniyanın LAP LAMBERT Academic Publishing nəşriyatı tərəfindən nəşr edilmişdir.

Neftlə çirklənmiş torpaqların və qazma şlamların təmizlənməsi. Bakı:Elm 2006.- 156s. (rus).

 Neftlə çirklənmiş torpaqların və qazma şlamların təmizlənməsi. Bakı:Elm. 2007.-166v. (az.)

Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarının elektron ekoloji xəritəsi. (Əliyev F. Фvə b.)-2007.-33s. (rus və azerb.) 

Praktiki ekobiotexnologiya. Bakı:Elm. 2009.- 508s.(rus).

Praktiki aqrobioekologiya (akad. M.Salmanov, Cəfərov Ə.). Bakı: Elm, 2013.-281s.

 Neft-qaz geoekologiyasının əsasları (Y.İ. Pikovskiy, M.F.Doroxova). Prof. A.N.Gennadiev. Dərs vəsaiti. Moskva, 2014-555 s. (capda).

 Ekosistemlərin ekologiyasi bə təbiətdən istifadə. (akad. G.Ş.Məmmədov və b.). Dərslik. Bakı.-2014.-666s. (rus.dilində, çapta).   
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü  Qərbi Avropa Təbii Elmləri Akademiyasının həqiqi üzvü (Almaniya) 
Pedaqoji fəaliyyəti Bakı Dövlət Universiteti, professor 
Digər fəaliyyəti 
  1. Beynəlxalq İNTAS təşkilatının  elmi eksperti
  2. Elmin İnkişafı Fondunun (Azərbaycan) elmi eksperti
  3. AR yanında dövlət qulluğu  məsələləri üzrə Dövlət komissiyasıyada ekologiya üzrə  ekspert
  4. AMEA-nın Torpaqşünaslıq və aqrokimya İnstitutun nəzdində Doktorluq  müdafiə şurasının üzvi
  5. UETM-in biotexnologiya sahəsində 4 qrantın tərtibatçısı və iştirakşısı (2010-2014) 
Təltif və mükafatları

SSRİ-nin ixtiraçısı (1986-ci il)

  1. SSRİ ÜXNS-nin gümüş medal (1986-ci il)
  2. Nobel mükafatı laureatı A.Şveytser adına beynəlxalq medal (2007-ci il).
  3. Qotfrid Leybnits adına beynəlxalq medal (2007-ci il).
  4. Leonardo-da-Vinçi adına beynəlxalq medal (2009-ci il).
  5. Qete adına beynəlxalq medal (2010-ci il).
  6. İtaliya Təbii Elmləri Akadimiyasının gızıl medalı və diplomu (2007-ci il).
  7. “Avropanın fəxri ixtiraçısı (2010-ci il)
Əsas iş yeri və ünvanı

AMEA Mikrobiologiya İnstitutu

AZ 1073. Bakı,  Badamdar şossesi, 40 
Vəzifəsi Laboratoriya rəhbəri 
Xidməti tel. (+99412)5024359 
Mobil tel. (+99450)3948422 
Ev tel. (+99412)5399630 
Faks (+99412)5024470 
Elektron poçtu ismaylovn@mail.ru