Qasımov Yusif Soltan oğlu

 

Veb-sayt     
Anadan olduğu yer Azərbaycan Resp., Cəbrayıl rayonu
Təvəllüdü 08.06.1968  
Bitirdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti 
Elmi dərəcəsi Elmlər doktoru 
Elmi rütbəsi  

Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun ad



01.01.01

Riyazi analiz

Məhdud oblastlarda Pauli operatorunun məxsusi ədədlərinin bəzi  seriyaları üçün asimptotik düsturlar

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı



05.13.18

Riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri

Dəyişən oblastlı ekstremal spektral məsələlər, onların həll üsuları və  tətbiqləri

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

90

 

65

 

16 
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  

Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-        elmlər doktorlarının sayı


4

Əsas elmi nailiyyətləri

Y.S.Qasımovun elmi fəaliyyəti əsasən operatorların spektral nəzəriyyəsinə aiddir. Onun dəyişən oblastlı məxsusi ədəd məsələlərinin, məxsusi ədədlər üçün formaya gorə optimallaşdırma problemlərinin (shape optimization) həlləri üçün yeni metodlar təklif etmişdir. O bu məsələlərin həlli üçün yeni ədədi üsulla işləyib hazırlamışdır. O,  oblasta nəzərən tərs spektral məsələlər sahəsində aldığı nəticələr diqqətəlayiqdir. Y.S. Qasımov ilk dəfə s-funksiyalar anlayışını daxil etmiş və onların verilən çoxluğuna görə oblasta nəzərən tərs spektral məsələnin həll üsulunu vermişdir. Belə məsələlərin həlləri üçün təklif etdiyi metodlar və aldığı nəticələr bu sahədə çalışan xarici alimlərin də diqqətini cəlb etmişdir.  O, 2006-cı və 2009-cu illərdə Fransanin Nant Universitetinə dəvət olunmuş və burada dəvətli professor kimi çalışmış, dəfələrlə bu universitetdə elmi ezamiyyətdə olmuşdur.

Y.S. Qasımovun aldığı nəticələr Mathematical Physics, Analysis, Geometry; Communications in Nonlinear Science and Numerical Simulation; J. Phys. A: Math. Theor.; Applied and Computational Mathematics; Optimization Letters; Inverse and ill-posed problems; Диффененциальные Уравнения; Доклады РАН, TWMS Journal of Pure and Applied Mathematics, Romanian Journal of Physics  kimi beynəlxalq  nüfuzlu jurnallarda dərc edilmişdir. Onun həmmüəllifi olduğu Use of Risk Analysis in Computer-Aided Persuasion kitabı IOS Press nəşriyyatında (Niderland) çap olunmuşdur.

İngilis, türk, rus, dillərində sərbəst danışır. http://iam.bsu.edu.az/11/content/gasimov_ys_153

Elmi əsərlərinin adları

  1. Min Ma, Dumitru Baleanu, Yusif S. Gasimov, Xiao-Jun Yang. New results for multidimensional diffusion equations in fractal dimensional space, Romanian Journal of Physics, Vol. 61, No.5–6, 2016, pp.784–794.
  2. Gasimov Y.S., Allahverdiyeva N.A., Aliyeva A.R., On an optimal shape problem for the eigenfrequency of the clamped plate, TWMS J. Pure Appl. Math. V.7, N.1, 2016, pp.28-33. 
  3. Baigereyev D., Ismailov N., Gasimov Y.S., Namazov A. On an identification problem on the determination of the parameters of the dynamic system Mathematical Problems in Engineering, 2015, Article ID 570475.
  4. H.F. Guliyev, Y.S. Gasimov, S.M. Zeynalli, Optimal control method for solving the Cauchy-Neumann problem for the Poisson equation, Journal of Mathematical Physics, Analysis, Geometry, Vol.10, No.4, 2014, pp.32-41.
  5. S. I. Kabanikhin, Y. S. Gasimov, D. B. Nurseitov,  M. A. Shishlenin, B. B. Sholpanbaev, S. Kasenov, Regularization of the continuation problem for elliptic equations,  Journal of Inverse and Ill-Posed Problems. Volume 21, Issue 6, November 2013, pp. 871–884, DOI: 10.1515/jip-2013-0041.
  6. Gasimov Y.S. On a shape design problem for one spectral functional, Journal of Inverse and Ill-Posed Problems, Vol. 21, N.  5, 2013, pp. 629–637, DOI: 10.1515/jip-2012-0001.
  7. Gasimov Y.S., Nachaoui A., Niftiyev A.A. Nonlinear eigenvalue problems for -Laplacian, Optimization Letters, 2010, N.4, pp. 67-84.
  8. Pourgholi R., Azizi N., Gasimov Y.S., Aliev F.A., Khalafi H.K. Removal of numerical instability in the solution of an inverse head conduction problem,Communications in Nonlinear Science and Numerical Simulation, V.14, N.6, 2009, pp.2664-2669.
  9. Gasimov Y.S., Nachaoui A., Niftiyev A.A. Nonlinear eigenvalue problems for -Laplacian, Optimization Letters, 2010, N.4, pp. 67-84.
  10. Gasimov Y.S. On some properties of the eigenvalues by the variation of the domain, Mathematical Physics, Analysis, Geometry, V.10, N.2, 2003, pp.249- 255.
  11. Gasimov Y.S., Niftiyev A.A. On a minimization of the eigenvalues of Schrödinger operator relatively domain, Differential Equations, V.38, N.6, 2002, pp.842-844.
  12. Gasimov Y.S. Variation of the eigenvalues of the second order elliptic operator with respect to boundary conditions, Optimization Methods and Applications, V.4, 2001, pp. 82-88.
  13. Gasimov Y.S., Niftiyev A.A. On a minimization of the eigenvalues of Schrödinger operator with respect to domain, Doklady Mathematics, V. 380, N.3, 2001, pp.305-307.
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü   
Pedaqoji fəaliyyəti  
Digər fəaliyyəti 

Y.S. Qasımov Thomson Reuter agentliyi tərəfindən Science Citation Index – siyahısına salınmış ilk Аzərbaycan elmi nəşri olan “Applied and Computational Mathematics” beynəlxalq jurnalının aparıcı redaktoru,  bir neçə beynəlxalq jurnalın Redaksiya Heyətinin üzvüdur.

O, xarici ölkələrdə (Fransa, İsveç, Turkiyə, Qazaxıstan, Özbəkistan, Kosova, Bosniya və Hersoqovina, Qırgızıstan, Serbiya, Bolqarıstan və s.) keçirilən 20-dən artıq beynəlxalq konfransların həm-təşkilatçısı olmuşdur.

O, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin İdarə Heyətinin üzvüdür və bu təşkilatın formalaşmasında və inkişafında onun xüsusi xidmətləri olmuşdur.

Y.S. Qasımov Fransa Milli Elmi Araşdırmalar Mərkəzi (CNRS) ilə AMEA-nin birgə 2008-ci ildən həyata keçirilən beynəlxalq PICS (No.4962) elmi layihəsinin  kordinatorudur.  O, Soros Fondu, ICTP, Fransa Xarici İşlər Nazirliyi (Econet), TWAS, CNRS, NATO, BDU, AEİF kimi yerli və xarici təşkilatların qrant və elmi layihə müsabiqələrinin  qalibi olmuşdur.
Təltif və mükafatları

Y.S. Qasımov səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Fəxri Fərmanları ilə təltif olunmuşdur.

Əsas iş yeri və ünvanı Z.Xəlilov 23, AZ1148, Bakı ş., BDU Tətbiqi Riyaziyyat İnstitutu 
Vəzifəsi Tərs məsələlər və qeyri xətti tənliklər şöbəsinin müdiri 
Xidməti tel. (+994 12) 5391595 
Mobil tel. (+994 50) 3563974 
Ev tel. (+994 12) 4472462 
Faks  
Elektron poçtu

 gasimov.yusif@gmail.com