Mövsümzadə Mirzə Məmməd oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı şəhəri
Təvəllüdü 17.10.1939
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Neft Akademiyası
Elmi dərəcəsi Kimya üzrə elmlər doktoru
Elmi rütbəs

Professor

Namizədlik (PhD) dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı

 

2306.01

"Üzvi kimya"

"α-monoxlorhidrin qliserin efirləri törəmələrinin sintezi və yağlara aşqar və polimer materiallara stabilizator kimi tədqiqi"

Doktorluq dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı

 

2314.01

"Neft kimyası"

"Elektrolit-karbohidrogen sistemləri üçün effektiv metal korroziyası inhibitorlarının sintezi və alınma texnologiyasının işlənib hazırlanması"
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

- xaricdə çıxmış elmi əsərlərinin sayı

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

230

 

52


25

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 43
Kadr hazırlığı:     

- fəlsəfə doktorlarının sayı

- elmlər doktorlarının sayı


13

2

Əsas elmi nailiyyətləri 1. Səthi aktiv maddələr, yağ və yanacaqlarda həll olan maddələrin sintezi və onların metal korroziyası inhibitorları, yağ və yanacaqlara aşqarlar və polimer materialların stablizatoru kimi tədqiqi, metal korroziyası inhibitorları və aşqarların seçilməsinin nəzəri əsasları işlənib hazırlanmışdır;

2. İlk dəfə olaraq yeni aminospirtlər, aminoefirlər, dördlü ammonium duzları, karbon turşularının epoksitörəmələri, alkilfenolların metalsaxlayan törəmələri (Ca, Ba) sintez edilmişdir;

3. Efiroaminospirtlər, aminospirtlər, dördlü ammonium duzları sırasında korroziyaya qarşı effektivliyi ilə maddələrin tərkib və quruluşu arasında asılılıq tapılmışdır;

4. Nəzəri tədqiqatlar, laboratoriya, stend, sənaye sınaqlarının nətiçələri əsasında ИКАНАЗ-3, ИКАНА-4, ИКАНА-7, ИКАНА-7+OP-7 inhibitorları, ИХП-706 tüstüyə qarşı aşqarı və onun modifikasiyaları, reaktiv yanacaqların termooksidləşdirici stabilliyini artıran aşqar tətbiqini tapmış və ya sənaye sınaqları təklif edilmişdir;

5. Hal-hazırda bitki yağlarından ekoloji təhlükəsiz və yüksək istismar kefiyyətlərinə malik yeni növ yanacağın(biodizelin) alınması və tədqiqi sahəsində tədqiqatlar aparılır.

Elmi əsərlərinin adları 1. Мовсумзаде М.М., Ахмедов И.М., Махмудова Л.Р., Алиев Н.А., Эйвазова И.М. Трансэтерификации растительных масел низкомолекулярными спиртами в присутствии наноразмерного катализатора. Нефтепереработка и нефтехимия, №12, 2013, стр.39-40 .

2. Mövsümzadə М.М., Əhmədov İ.M., Mahmudova L.R., Əliyev N.A., Quliyeva Z.B.Biodizel və dizel yanacağı əsasında kompozisiyaların setan ədədinin öyrənilməsi. Azərbaycan Neft Təsərrüfatı, №2, 2015, səh.44-47.

3. Махмудова Л.Р., Мовсумзаде М.М., Ахмедов И.М., Алиев Н.А., Аббасова М.Т., Султанова Н.Р.,Эйвазова И. М. Разработка биостойких топливных композиций на основе дизельных топлив и биодизелей. ISJ Theoretical & Applied Science, 30.07.2016, volume: 39, p.p. 70-74.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü   
Pedaqoji fəaliyyəti 1. 1990-ci ildən 2005-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyası "Üzvi birləşmələrin texnologiyası" kafedrasında əvəzçiliklə professor vəzifəsində çalışıb;

2. Bakalavr və magistrlara "Ümumi kimyəvi texnologiya", "Yağlara və yanacaqlara aşqarların kimyası və texnologiyası" xüsusi kursları üzrə mühazirə oxuyub. Rəhbərliyi ilə beş magistr dissertasiyası müdafiə olunub.

Digər fəaliyyəti  1997-ci ildən bu günə kimi AAK kimya ekspert şurasının sədri, üzvü, rəyasət heyətinin üzvü vəzifələrində çalışıb.
Təltif və mükafatları 1. AMEA-nın Fəxri Fərmanı.

2. «Əməkdar elm xadimi» fəxri adı

3. «Şöhrət» ordeni

Əsas iş yeri və ünvanı AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, AZ1029, Azerbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor şossesi, 2062-ci məhəllə.
Vəzifəsi Elmi işlər üzrə direktor müavini
Xidməti tel. (+994 12) 5149651
Mobil tel. (+994 50) 5119784
Ev tel. (+994 12) 4302296
Faks (+994 12) 5149612
Elektron poçtu mirza.movsumzadeh@gmail.com