Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Aşqarlar Kimyası İnstitutunun elmlər doktorları

Məmmədova Pərvin Şamxal qızı
Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı şəhəri
Təvəllüdü 09.04.1943
Bitirdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti,

Azərbaycan Dillər Universiteti

Elmi dərəcəsi Kimya üzrə elmlər doktoru 
Elmi rütbəsi Professor
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı

 

2306.01

"Üzvi kimya"

"Aromatik sıra efirləri və oksigen tərkibli sabit radikalların sintezi və onların bioloji aktivliyinin tədqiqi"
Doktorluq dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı

 

2314.01

"Neft kimyası"

"Funksionaləvəzli α-metilbenzilfenolların aşqar kimi sürtkü materiallarında tədqiqi"

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

- xaricdə çıxmış elmi əsərlərinin sayı

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

240; o cümlədən 2 dərslik

 

88


57
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 34
Kadr hazırlığı:     

- fəlsəfə doktorlarının sayı

- elmlər doktorlarının sayı


5

Əsas elmi nailiyyətləri

Sürtkü yağları və yağlayıcı-soyuducu mayelərin keyfiyyətini yaxşılaşdıran oksidləşməyə, korroziyaya, yeyilməyə, mikroblara qarşı yüksək təsirə malik aşqarlar kimi istifadə olunan α-metilbenzilfenolların, bisfenolların və onların əsasında alınmış metalkompleks birləşmələrin məqsdəyönlü sintezinin elmi əsasları işlənib hazırlanmışdır;

Sintez edilmiş birləşmələrin quruluşlarından asılı olaraq onların reaksiyaya girmə qabiliyyətlərinin dəyişməsi və bir sıra kinetik faktorlara əsaslanaraq, onların antioksidant kimi təsir mexanizmi öyrənilmişdir. Yeni alınmış maddələrdən və müxtəlif funksional xassələrə malik əmtəə aşqarlarından istifadə etməklə metalların emalı prosesində işlədilən bir sıra yeni yağlayıcı-soyuducu maye kompozisiyaları yaradılaraq tətbiq olunmuş və digər hissəsi isə tətbiq olunmaq üçün tövsiyə edilmişdir;

Sürtkü yağları, yanacaqlar və yağlayıcı-soyuducu mayelərin mikrobioloji zədələnmədən uzunmüddətli mühafizəsini təmin edən bir sıra yeni biosid aşqarlar işlənib hazırlanmışdır;

Mikroorqanizmlərin və bitkilərin metabolik potensialından istifadə etməklə Abşeron yarımadasının neftlə və ağır metallarla çirklənmiş torpaqlarının zərərsizləşdirilməsi və rekultivasiyası üçün effektiv biotexnologiyaların elmi əsasları işlənib hazırlanmışdır; Azərbaycanın müxtəlif neftçıxarma rayonlarının neftlərinə xas olan neft bionişanələri (relikt karbahidrogenləri) Furye İQ- və xromatomass-spektroskopiya üsulları ilə tədqiq olunmuşdur;

P.Məmmədova Ukrayna Elmi-Texnoloji Mərkəzinin (STCU), Mülki Tədqiqatlar və İnkişaf Fondunun (CRDF), Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və ARDNŞ-nin Elm Fondunun maliyyələşdirdiyi bir neçə layihənin rəhbəri və iştirakçısı olmuşdur:

1.Neftlə çirklənmiş torpaqların bioremediasiyası (UETM, №3626, 04.2006-10.2008);

2.Azərbaycan neftlərinin bioloji nişanları (UETM, №4521,09.2008-12.2009);

3.Yüksək effektli yağlayıcı-soyuducu maye kompozisiyalarının işlənib hazırlanması (MTİF, №AZC1-3118-BA-08,05.2008-07.2009);

4.Yem zülalının mikrobioloji istehsalı (MTİF, №AZB1-3124-BA-08, 05.2008-07.2009);

5.Neftlə çirklənmiş torpaqların fitoremediasiyası (UETM, №4799,05.2009-05.2011);

6.Ekoloji təmiz gübrələrin biokimyəvi istehsal texnologiyasının işlənməsi (UETM, №5081, 06.2010-08.2011);

7.Yağlar, yanacaqlar və yağlayıcı-soyuducu mayelərin effektiv mühafizə vasitələrinin işlənib hazırlanması (Azərbaycan Respublikası Prezidenti yanında EİF, EİF-2011-1(3)- 82/58/4-M-70, 07.2012 – 07.2013)

8.Neft və ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi (ARDNŞ EF, 10.2012–10.2014)

9.Bakı buxtasının sahilyanı zonasında neft çirklənməsinin bioloji təmizlənməsi (UETM, № 5915, 02.2014–02.2016);

10.Alkil(alkenil)fenollar əsasında neft məhsullarının mikrobioloji zədələnməsinin və biokorroziya proseslərinin qarşısını alan reagentlər Azərbaycan Respublikasının Prezidenti yanında EİF “Elm-Təhsil İnteqrasiyası”(EİF/MQM/Elm-Təhsil-1-2016-1(26))(01.09.2018-01.09.2020)

11.Neftsıxışdırıcı və biosid xassələrə malik  nanokompozitlərin işlənib hazırlanması (ARDNŞ  EF, 10LR – AMEA, 10.09.2019-10.09.2020)

12.Çətin çıxarılan və ağır neft yataqlarının işlənilməsində innovasiya texnologiyalarının tətbiqi (ARDNŞ  EF, 14LR – AMEA, 05.01.2022-05.01.2023)

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “2011-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı” üzrə işlər tamamlanmışdır.

Elmi əsərlərinin adları 1. P.Ş. Məmmədova,H.Ş.Əliyeva və başqaları. “Metalların mexaniki emalı üçün yağlayıcı-soyuducu maye” Azərb. patenti İ 2008 02.03;

2. E.R.Babayev, V.M.Farzaliyev, P.Sh.Mammadova // “Biomarker hydrocarbons role in identification of oil pollution source Environmental forensics”//“Expert Workshop”on Environmental Forensics 12-16 September 2011(Tbilisi, Georgia) p.169-172;

3. T.Solouki, B.Zekavat, A.J.Ramirez, D.A.Olaitan, M.Miladi, V.M.Farzaliyev, P.Sh.Mammadova, E.R.Babayev//Ultrahigh Resolution and Maltidimensional Analysis of Pesticides and Complex Sample Mixtures with Fourier Transform Mass Spectrometers: Enhanced Identification Points // XI HCH and Pesticides Forum Gabala, Azerbaijan 7.09.2011;

4. S.F.Qarayev, P.Ş.Məmmədova, A.Q.Həbibova //”Biokimyanın əsasları”, dərslik// Bakı,360 səh; 2002;

5. S.F.Qarayev, P.Ş.Məmmədova, A.Q.Həbibova // “Bioloji kimyanın terminoloji lüğəti”, Dərs vəsaiti// Bakı, 550 səhifə, 2010.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü  1. AMEA Y.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutunda olan D 01.031 Dissertasiya Şurasının nəzdində elmi seminarın üzvü;

2. Azərbaycan Respublikasında Elmin və Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Komissiyasının “Üzvi kimya” Problem şurasının elmi katibi.

Pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Neft Akademiyası, "Üzvi  kimya" kafedrasının professoru.
Digər fəaliyyəti  Respublikada BMT-nin İqtisadi və Sosial Şurasının ECOSOC (BMT) yeganə xüsusi məsləhətçi statusuna malik Qeyri hökumət təşkilatı – Azərbaycan Qadın və İnkişaf Mərkəzinin prezidenti.
Təltif və mükafatları 1. AMEA-nın Fəxri Fərmanı;

2. «XXI əsr Azərbaycan ziyalıları»  Beynəlxalq layihəsinin diplomu;

3. «Vektor» Beynəlxalq Elmi Mərkəzinin diplomu.

4. İslam İnkişaf Bankının 57 üzv ölkə arasında keçirdiyi “Elmi tədqiqatlar üzrə müsabiqə”nin mükafatı.

Əsas iş yeri və ünvanı AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, AZ1029, Azerbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor şossesi, 2062-ci məhəllə
Vəzifəsi Yağlayıcı-soyuducu kompozisiyalar laboratoriyasının müdiri
Xidməti tel. (+994 12) 5149651
Mobil tel. (+994 50) 5899981
Ev tel. (+994 12) 4938058
Faks (+994 12) 5149612
Elektron poçtu pervin_mammdova@mail.ru