Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Şamaxı Astrofizika Rəsədxanasının fəlsəfə doktorları

Poladova Ülviyyə Caməmməd qızı

 

Veb-sayt  
Anadan olduğu yer Azərbaycan Respublikası, Şamaxı rayonu 
Təvəllüdü 28.12.1974 
Bitirdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti, Tətbiqi riyaziyyat və kibernetika fakültəsi 
Elmi dərəcəsi Astronomiya üzrə fəlsəfə doktoru 
Elmi rütbəsi elmi işçi 

Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun ad


 

2104.01

Planetologiya

Uzundövrlü kometlərin parlaqlıq əyriləri

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

18


2


2   

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  

Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

 
Əsas elmi nailiyyətləri

Uzundövrlü kometlərin mütləq ulduz ölçüsünün təyin edilməsi üçün Orlov düsturunun əvəzinə kometin elonqasiyasının və tətbiq olunan teleskopun aperturasının nəzərə alındığı yeni düstur verilmişdir. Müəyyən edilmişdir ki, yeni düsturun qalıq dispersiyası daha kiçikdir, başqa sözlə desək, kometlərin vizual ulduz ölçüsü yeni düsturla daha dəqiq təyin olunur. Aparılmış elmi tədqiqatlar nəticəsində xeyli kometin mütləq ulduz ölçüləri və fiziki parametrləri təyin olunmuş, parlaqlıq əyriləri qurulmuş, nüvələrinin parçalanmasının, parıltı verməsinin, parlaqlığının əsri azalmasının səbəbləri araşdırılmışdır. 318 uzundövrlü kometin orbitinin böyük yarımoxlarının tərs qiyməti (1/a) ilə onların mütləq ulduz ölçüləri (H10) arasında asılılıq tədqiq olunmuş və uzundövrlü kometlərin bu parametrləri arasında zəif xətti asılılıq olduğu aşkar edilmişdir;

 İlk dəfə olaraq 116 kometin parıltı verməsinin səbəbini izah etmək məqsədi ilə Kuk kataloqundan götürülmüş 58 meteor selinin hərəkət müstəvilərinin həmin kometlərin orbit elementləri arasındakı əlaqəsi  statistik üsullarla  araşdırılaraq toqquşma olması hipotezi irəli sürülmüşdür. Nüvələri parçalanmaya məruz qalmış 113 kometin nüvələrinin parçalanma səbəbi kimi onların meteorit selləri ilə toqquşması mexanizminin əsaslandırılması istiqamətində tədqiqat işləri aparılmışdır. Meteorit sellərinə nisbətən komet orbitlərinin yaxın və uzaq düyünlərinin paylanmasında qanunauyğunluqlar aşkar edilmişdir.  

Bütün bu elmi tədqiqatlar AMEA-nin müxbir üzvü, prof., f.r.e.d. Ə.S.Quliyevin rəhbərliyi altında həyata keçirilmişdir. 

Elmi əsərlərinin adları

1. Гулиев А.С., Чурюмов К.И., Чубко Л.В., Поладова У.Д., Физические величины 100 долгопериодических комет с учетом условия их видимости (1980-2004). // Azərbaycan Astronomiya Jurnalı, Bakı, 2007, С.2, №1-2, səh.10-16;

2. Гулиев А.С., Поладова У.Д., Байрамов А.Ш., Сравнение остаточных дисперсий физических параметров 40 периодических комет с учетом и без учета апертуры телескопов.// Azərbaycan Astronomiya Jurnalı, Bakı, 2008, С.3, №1-2, səh.14-18;

3. Guliev A.S., Churyumov K.İ.,.Poladova U.J, Chubko L. B., Calculation of the physical parameters of 100 long periodic comets 1980-2004 with account of their elongation from the Sun. //Asrtonomical School’s Report, Киев, 2011, V.1-2, p.230-233;

4.Guliyev A.S., Poladova U.J., Comet dezintegration and meteor streams., // Proceedings of the International Meteor Conference La Palma,Canary Island,Spain, 2012, p.139-142;

5. Гулиев А.С., Кохирова Г.И., Поладова У.Д., О возможной роли метеорных потоков в распаде кометных ядер. // Azərbaycan Astronomiya Jurnalı, Bakı, 2014, С.8, №4, səh.5-9;

6. Guliev A.S.,.Kokhirova G.I, Poladova U.J., On the possible role of meteoroid streams in splitting of cometary nucleus. // International Journals of Engineering & Sciences, Pakistan, 2014 V.14, № 4, pp.59-61;

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü   
Pedaqoji fəaliyyəti  
Digər fəaliyyəti   
Təltif və mükafatları  
Əsas iş yeri və ünvanı

AMEA  Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, AZ5626, Azərbaycan Respublikası, Şamaxı r., Y.Məmmədəliyev  qəsəbəsi

Vəzifəsi Elmi işçi 
Xidməti tel. (+994 12) 5108291 
Mobil tel. (+994 50) 5377828 
Ev tel. (+994 12) 4011151 
Faks  
Elektron poçtu ulviyye_laman@yahoo.com