Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Fizika İnstitutunun fəlsəfə doktorları

Cəfərova Vüsalə Nəbi qızı

 

Anadan olduğu yer Azərbaycan Respublikası, Goranboy r-nu, Boluslu kəndi
Təvəllüdü 01.09.1980 
Bitirdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti, Fizika fakültəsi
Elmi dərəcəsi Fizika üzrə fəlsəfə doktoru
Elmi rütbəsi  
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

20

 

6

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  

Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

 
Əsas elmi nailiyyətləri
  • ABİNİT və Quantum Espresso proqramlar paketi istifadə olunmaqla Funksional Sıxlıq Həyəcanlaşma Nəzəriyyəsinin Lokal Sıxlıq Yaxınlaşması ilə Xətti Cavab Funksiyası metodu çərçivəsində kristalın termodinamik tarazlıq halında TlSe və TlGaTe2 üçün qəfəs parametrləri və atomların koordinatları hesablanmışdır.
  • TlSe üçün Murnaghan və Birch-Murnaghan hal tənliklərini ödəyən parametrlər təyin edilmişdir.
  • TlSe və TlGaTe2 üçünfonon zona quruluşu və fonon hal sıxlığı hesablanmış, Г nöqtəsində Raman-, infraqırmızı-aktiv  və qeyri-aktiv modların simmetriyaları təyin edilmişdir. İnfraqırmızı-aktiv optik fonon modlarında baş verən eninə və uzununa modlara parçalanmaların spektrlərə təsiri  nəzərə alınmışdır.
  • TlSe və TlGaTe2 kristallarını təşkil edən atomların Born effektiv yükləri və dielektrik sabiti tenzoru hesablanmışdır.
  • TlSe üçün kristaldaxili eninə və uzununa akustik dalğaların yayılma sürətləri təyin edilmişdir.
  • TlSe və TlGaTe2 üçün kvazi-harmonik yaxınlaşmada 0÷600K temperatur intervalında molyar istilik tutumu hesablanmış, Debay temperaturu və Debayın T3 qanununun ödənildiyi temperatur oblastı qiymətləndirilmişdir.
  • TlSe və TlGaTe2 üçün hesablanmış fonon spektrləri əsasında Raman, infraqırmızı, neytron səpilməsi, akustik, elastiki, termodinamik, istilik-fiziki xassələrinə dair eksperimentlərin nəticələri tamamilə identifikasiya və izah edilmişdir.
  • Hubbard düzəlişlərini nəzərə almaqla DFT nəzəriyyəsi çərçivəsində ZnO və ZnSnAs2  birləşmələrinin zona quruluşlarının ədəbiyyatdan məlum olan çatışmazlıqları aradan qaldırılaraq eksperimentlə əksər parametrlərə görə uzlaşan elektron spektrləri  əldə edilmişdir.
  • Müəyyən edilmişdir ki, ZnO:Fe bərk məhlullarının elektron spektrində valent zonanın tavanı Fe-d spin-up hallardan, keçirici zonanın dibi Fe-d spin-down hallardan meydana gəlir. ZnO:Fe bərk məhlulları n-növ keçiriciliyə malik olmaqla elektron qazı cırlaşmış haldadır. Tərkibdə Fe atomlarının konsentrasiyası artdıqca cırlaşma dərəcəsi artır.
  • Zn94Me2O96 (Me: Cu, Ni, Fe, Mn, Cr, V) tərkibli  geniş özəklərdə  təməl prinsiplərdən yerinə yetirilən tədqiqatlarla sübuta yetirilmişdir ki, ZnO birləşməsini Ni, Fe, Mn, Co  3d-element atomları ilə aşqarladıqda antiferromaqnit, Cr, V atomları ilə aşqarladıqda ferromaqnit spin düzülüşləri meydana çıxır və nəticə etibarilə yeni maqnit yarımkeçirici bərk məhlullar əldə edilir.
  • Müəyyən edilmişdir ki, Mn aşqarların təsiri altında ZnSnAs2 birləşməsində maqnit Mn atomları spin-ferromaqnit düzülüş əldə etməklə material güclü maqnit xassələri qazanır. Bir Mn atomuna düşən maqnit momentinin 64 atomluq geniş özək ilə hesablamalardan 3.10, 128 atomluq ilə 3.00 və 256 atomluq ilə  2.99 Bor maqnetonuna bərabər olduğu alınmışdır.
Elmi əsərlərinin adları

1. H.S. Orucov., V.N.Cəfərova. TlSe birləşməsinin fonon spektri. «Fizikanın aktual problemləri» / IV Respublika elmi konfransının materialları, Bakı, 2006, s.36

2. V.N.Cəfərova. İlk prinsiplərdən TlSe birləşməsinin tam enerjisinin və kristal parametrlərinin hesablanması //Azərbaycan MEA aspirantlarının elmi konfransının materialları, Bakı, 2006 (I hissə), s.45-48

3. V.N. Cəfərova. İlk prinsiplərdən TlSe birləşməsi üçün Born effektiv yüklərinin və dielektrik sabitinin hesablanması // Azərbaycan MEA aspirantlarının elmi konfransının materialları, Bakı, 2008 (I hissə), s.26-28

4. V.N. Cəfərova, S. Həmidov, S. Schorr, H. Orucov, Z. Cahangirli, N. Məmmədov.Təməl prinsiplərdən TlSe və TlInSe2 kristalları üçün hal tənliyi parametrlərinin təyini // Fizika, Bakı-Elm, 2008, cild XIV, №3, s.184-186

5. V.N. Cəfərova, H.S. Orucov. TlSe kristalı üçün elastiki sabitlərin və akustik dalğaların sürətlərinin təməl prinsiplərdən hesablanması // Elmi Əsərlər - Fundamental Elmlər, 2011, cild X (38), №2, s.58-63

6. V.N. Cəfərova. TlSe kristalı üçün elastiki sabitlərin təməl prinsiplərdən hesablanması // «Gənc alimlərin I elm festivalı» çərçivəsində keçirilmiş elmi konfransların materialları, Bakı, 13-15 iyul 2011-ci il, s.17-20

7. V.N. Cəfərova, H.S. Orucov. TlSe kristalının qəfəs dinamikası // Xəbərlər, 2011, cild XXXI, №5, s.18-30

8. E.K. Kasumova, V. Jafarova, G.S. Orudzhev. Ab-initio study of structural phase transition in layered GaS under pressure. LSRP-2012, Baku, November 09-12, P-133

9. V.N. Cəfərova, H.S. Orucov. TlGaTe2 kristalının qəfəs dinamikasının və istilik tutumunun təməl prinsiplərdən hesablanması. Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri, Fizika və Astronomiya, cild XXXIV, №5, s. 3-6, Bakı, 2014

10. V.N. Cəfərova, H.S. Orucov. TlGaTe2 kristalının Born effektiv yük və dielektrik tenzorlarının təməl prinsiplərdən hesablanması. Fizika, cild XX, №4, s.3-6, 2014

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü   
Pedaqoji fəaliyyəti  
Digər fəaliyyəti   
Təltif və mükafatları

Diplom, Azərbaycan Respublikası Təhsil Nazirliyi, XVII Respublika Elmi konfransında ən yaxşı məruzəyə görə təltif edilmişdir, 2002-ci il

Əsas iş yeri və ünvanı AMEA Fizika İnstitutuAZ1143, Bakı ş., H.Cavid pr., 131
Vəzifəsi

Aparıcı elmi işçi

Xidməti tel.  
Mobil tel.  
Ev tel.  
Faks  
Elektron poçtu vina246@rambler.ru