Quliyev Vahid Bilal oglu

 

Veb-sayt     
Anadan olduğu yer Azerbaycan respublikası Naxçıvan MR Culfa rayonunun Əbrəqunus kəndi 
Təvəllüdü 15.06. 1941 
Bitirdiyi ali təhsil müəssisəsi M.V. Lomonosov adına Mockva Dövlət Universiteti 
Elmi dərəcəsi Kimya elmlər namizədi 
Elmi rütbəsi dosent 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun ad

 

02.075

Yüksəkmolekullu birləşmələr kimyası

Komplekcəmələgəlmənin (sink xloridlə) bəzi metakril və malein törəmələinin radikal  homo- və birgəpolimerləşməsinə təsiri

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

105

 

40

 

22
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  3
Kadr hazırlığı:     

-     fəlsəfədoktorlarının sayı

 1
Əsas elmi nailiyyətləri  Naxçıvan MR yayılmış və əvvələr tədqiq olunmamış yemişan (Crataegus L) və itburnu (Rosa L.) növlətinin  müfəssəl fitokimyəvi analizləri aparılmışdır.

İlk dəfə olaraq Crataegus L. və Rosa L. cinslərinin nümayəndələrinin meyvələrindən polikarbohidrat kompleksi (suda həllolan polikarbohidratlar, pektin maddələri, hemisellüloz A və B, a-sellüloz) ardıcıl olaraq alınmışdır. Suda  həllolan polikarbohidratların və pektinlərin kimyəvi tərkibləri və qurluş xüsusiyyətləri, analitik özəllikləri, hidrodinamik xassələri öyrənilmişdir.

İlk dəfə olaraq Crataegus meyeri, C. сaucasica, C. orientalis, C. zangezura  və Rosa nisami növlərinin meyvə və yarpaqlarının polifenol kompleksləri tədqiq olunmuşdur. Onların flavonoid tərkibi müəyyən edilmiş və flavonoidlərin kimyəvi qurluşları UB-, NMR-, kutlə spektrometrik metodları ilə muəyyən edilmişdir.

İlk dəfə olaraq yemişan və itburnu meyvələrindən  və başqa bitkilərdən alınmış ekstraktların və fərdi birləşmələrin antioksidant aktivlikləri (ümumi antioksidant və antiradikal aktivlik, reduksiyaedici gücü və xelatlama effekti) öyrənilmiş və bunların sintetik antioksidantlara görə  daha aktif olduqları  müəyyən edilmişdir.

Flavonoidlərin kimyəvi qurluşlarının antioksidant aktivliyə təsiri tədqiq edilmişdir.

Yemişan meyvələrinin  kompleks  emalı metodu işlənmişdir. Meyvələrdən ardıcıl olaraq karoten kompleksi, flavonoidlər, suda həllolan polikarbohidratlar, pektin maddələri, A və B sellulozlar alınmışdır. 

Elmi əsərlərinin adları

1.Carthamus tinctorius ləçəklərinin lipidləri. Химия природных соединений, 1982, №1, 36-40.

2. Gümüşü cökə(Tilia Argentea Desf Ex Dc),ada çayı (Salvia triloba) və qara çayın (Camellia sinensis) antioksidant və antibakterial aktivliklərinin müqayisəsi. Journal Agricultural and Food Chemistry, 2000. 50, 5030-5034

3.  Cydonia vulgaris L. yarpaqlarının antioksidant aktivliyi. Turkey Journal Medical Sciance 2001,31, 23-27.

4. Hippophae rhamnoides L.:kimyəvi tərkibinin təyini metodları, klassik tibbdə istifadəsi və farmakoloji effektləri. Journal of chromatography B, 2004, 812, 291-307

 5.Usgun (Rheum ribes L.) müxtəlif hissələrinin antioxidant aktivliyi. Asian Journal of Chemistry, 2007, Vol. 19, № 4, p. 3047-305

6. Yemişan meyvələrindən b-sitosterin və ursol turşusu. Химические проблемы,2009,  №,3, 487-49

7. Meyer yemişanından (Crataegus meyeri L.) alınmış polikarbohidratların İQ- spektrləri.  Химические проблемы, 2008, №4, с.  700-705

8. Rosaceae fəsiləsinin Crаtаеgus L cinsində flavonoidlərin yayilması. Растительные ресурсы 2010, вып.3, с.109-122

9. Crataegus meyeri Pojark. (Rosaceae) meyvəsinin ekstraktlarının  antioksidant aktivliyinin tədqiqi Растительные ресурсы, 2013, вып. 2, С. 275-285

10.Flavonoidler:molekül yapıları, kimyasal özellikleri, belirlenme teknikleri ve biyolojik aktiviteleri. Истанбул, «Bakanlar media», 1999, 380 s

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü  1.AMEA NB Bioresurslar institutunun Elmi şurasının üzvü

2.Amerika kimya cəmiyyətinin üzvü

3.ABŞ-da nəşr olunan "Dünyada  kim kimdir" ensklopediyasına daxil edilmişdir.

Pedaqoji fəaliyyəti 1993-2006 illər Türkiyə Cümhuriyyəti, Erzurum Atatürk Universitetinin pedoqoji fakultəsinin kimya bölümündə - dosent 
Digər fəaliyyəti  «Jouralof  Food Composition and Analysis» (2008) və «Journal of Agricultural and Food Chemistry» (2006) jurnalların  експертi. 
Təltif və mükafatları 1.AMEA Fəxri fermanı

2.SSRİ XTNS-nin gümüş medalı

Əsas iş yeri və ünvanı AMEA NB  Bioresurslar institutu Naxçıvan ş., Babek 10 
Vəzifəsi Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri 
Xidməti tel. (+994 36) 5450502 
Mobil tel. (+994 50) 4652661 
Ev tel. (+994 36) 5454769 
Faks  
Elektron poçtu vahitbilaloglu@yahoo.com 

gbvahid@mail.ru