İsmayilov Abbas Hacı oğlu

 

Veb-sayt     
Anadan olduğu yer Naxçıvan MR Culfa rayon Noraşen kənd  
Təvəllüdü 18.04.1979 
Bitirdiyi ali təhsil müəssisəsi Naxçıvan Dövlət Universiteti 
Elmi dərəcəsi Biologiya üzrə fəlsəfə doktoru 
Elmi rütbəsi Botanika ixtisası üzrə dosent 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun ad


2417.01

Botanika

Naxçıvan Muxtar Respublikasında Gilançay hövzəsinin florası, bitkiliyi və onların fitomeliorativ əhəmiyyəti 
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

38

 

 

3
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:     

-     fəlsəfədoktorlarının sayı

 
Əsas elmi nailiyyətləri 2000-2002-ci illərdə “Naxçıvan Muxtar Respublikasında yayılmış zanbaqçiçəklilər fəsiləsi bitkilləri və onların əhəmiyyəti” mövzusunda magistr dissertasiyası üzrə sistematik tədqiqatlar aparılmışdır. Tədqiqatlar nəticəsində zanbaqçiçəklilər fəsiləsinin ümumi xarakteristikası, öyrənilmə tarixi şərh edilmiş, son təsnifata və nomenklaturaya görə növ tərkibi, sistematikası, nadir və məhv olmaq təhlükəsi altında olan növləri verilmiş, onların təbiətdəki vəziyyəti, məhvolma təhlükəsində olma səbəbləri araşdırılmış, bioekoloji xüsusiyyətləri və əhəmiyyəti öyrənilmişdir.

2003-2008-ci illərdə ilk dəfə olaraq “Naxçıvan Muxtar Respublikasında Gilançay hövzəsinin florası, bitkiliyi və onların fitomeliorativ əhəmiyyəti” mövzusu istiqamətində geobotaniki tədqiqatlar aparılmışdır. Aparılan tədqiqatlar nəticəsində bir cins, 5 növ Naxçıvan MR florası üçün yeni aşkar edilmiş, Gilançay hövzəsinin florası üçün 1820 növ sporlu və toxumlu ali bitki müəyyən edilmişdir. Eyni zamanda bir çox bitki növlərinin isə yeni yayılma arealı müəyyənləşdirilmişdir. Hövzə florasının təsnifatı ilə yanaşı, onların sistematik, ekobiomorfoloji, coğrafi təhlili aparılmış, endemik, relikt, nadir və məhvolma təhlükəsində olan, hündürlük qurşaqları üzrə bitkiliklərdə yayılan nümayəndələri, yaz aspektləri, senozəmələgətirici və fitomeliorantları ilk dəfə göstərilmiş, təhliledici cədvəlləri tərtib olunmuşdur. Hövzənin təbii fitosenozlarının tip və assosiasiya səviyyəsində müasir təsnifatı verilmiş, bir aralıq fitosenoz, 7 formasiya və 15 assosiasiya Naxçıvan MR bitkiliyi üçün yeni göstərilmişdir. Onların xəritə-sxemi hazırlanılmış, yayılması, növ tərkibi, quruluşu, komponentləri arasındakı qarşılıqlı əlaqələr tədqiq olunmuş, senozəmələgətiriciləri qeyd edilmişdir. Hövzənin təbii (edafik), zoogen və antropogen təsirli ekoloji amillərə məruz qalan əraziləri müəyyən edilmiş, onların bərpası üçün 408 növ ağac, kol, yarımkol, kolcuq və çiməmələgətirən çoxillik ot bitkilərindən ibarət fitomeliorantlar seçilmişdir. Onların kök sisteminin xüsusiyyətləri və qurşaqlar üzrə bitmə şəraiti öyrənilmiş, fitomelioratv tədbirlər planının xəritə-sxemi hazırlanmışdır.

2011-ci ilədək Naxçıvan Muxtar Respublikasının yerli və kənardangəlmə ağac və kol bitkilərindən ibarət dendroflorası müstəqil tədqiq edilməmiş ümumi flora və bitkiliyin tədqiqi ilə birgə aparılılmışdır. Dendrofloranın genezisini, coğrafi mənşəyini və areal tiplərini müəyyən etmək üçün 2011-2014-cü illərdə ilk dəfə olaraq region ərazilərində elmi-tədqiqat işləri aparılmışdır. Tədqiqatların nəticələrindən məlum olmuşdur ki, regionda coğrafi mənşəcə əsasən arealın kserofil və boreal tiplərinə daxil olan təbii, mədəni və müxtəlif dendrofloralardan gətirilərək introduksiya olunmuş müxtəlif mənşəli yerli və kənardangəlmə flora elementli ağac və kol bitkiləri üstünlük təşkil etmişdir. Bununla yanaşı məlum olmuşdur ki, regionda, miqrasiya yolu ilə digər areallardan gəlmə növlər, növəmələgəlmə nəticəsində formalaşan yeni növlər və dövrümüzə qədər qorunaraq saxlanılan qədim reliktlər də yayılmışdır. 2011-2014-cü illərdə apardığımız floristik tədqiqatların nəticələrinə əsasən müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikası ərazisində coğrafi mənşəyinə görə arealın kserofil tipinin Aralıq dənizi (46 növ - 22 növ ağac, 23 növ kol, 1 növ lian və yeni müəyyən olunmuş 3 variasiya), Ön Asiya (18 növ - 4 növ ağac, 16 növ kol, 2 yarımnov, 2 forma) siniflərinə, İran əsas qrupuna (28 növ - 13 növ ağac, 15 növ kol) və arealın boreal tipinin Avropa (36 növ - 14 növ ağac, 21 növ kol, 1 növ lian və 2 yarımnöv) sinfinə daxil olan 128 növ yerli və kənardangəlmə ağac və kol bitkisi (53 növ ağac, 75 növ kol, 2 növ lian) yayılmışdır. Həmçinin məlum olmuşdur ki, onların 8 növ və 3 yarımnövü çılpaqtoxumlulara (6 Pinophyta, 3 Gnetophyta şöbəsi), 120 növ, bir yarımnöv, 2 forması isə örtülütoxumlulara (Magnoliophyta şöbəsi) aid olmaqla, 86-sı (2 yarımnövü) təbii, 16-sı mədəni və 26-sı isə introduksiya olunmuş taksonlardır. Növlərin taksonomik tərkibinin işlənilməsi ilə yanaşı, mühafizə statuslu nadir (23 növ), endem (2 növ) və relikt (8 növ) nümayəndələri də göstərilmişdir. 2014-cü ildən başlayaraq ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında bitkiliyin inkişaf dinamikasının öyrənilməsi istiqamətində elmlər doktorluğu dissertasiyası üzərə geobotaniki tədqiqatlar aparılmaqdadır. 

Elmi əsərlərinin adları

Beynəlxalq dövri jurnallarda çap olunmuş məqalələr
  1. Avgan B., Talıbov T., İsmayılov A., Fətullayev P., Əsgərov E., Breitenmoser U. Naxçıvanda bəbirin ilk əsaslı sübutu // Journal Cat News, Stampfli Publikationen AG, Bern, İsveçrə, 2012, № 57, s. 33, url: http://www.catsg.org/catnews/02_webarchive/news-nr57-2012/content-nr57-2012.htm#Article 16
  2. İsmayılov A.H., İbrahimov Ə.Ş. Azərbaycan Respublikasının Ordubad rayonunun Gilançay hövzəsinin endemik və relikt bitkiləri // Dağıstan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, Təbit və Dəqiq Elmlər, Maxaçqala, 2009, №1, s. 75-79, url: http://elibrary.ru/item.asp?id=12913124
Respublika dövri jurnallarında çap olunmuş məqalələr
  1. Novruzov A.R., Mustafayeva L.Ə., İsgəndərovA.T., Seyidov M.M., İsmayılov A.H. Naxçıvan MR florasının Rosa L. (Rosaceae) cinsi növləri // AMEA-nın Xəbərləri (biologiya və tibb elimləri), 2012, Cild 67, №3, s. 137-142
  2. İsmayilov A.H. Gilançay hövzəsinin meşə və kolluq bitkiliyi // AMEA Botanika İnstitutunun Elmi əsərləri, 2009, Cild 29, s. 318-319
  3. İsmayılov A.H. Gilançay hövzəsi florasının sporlu və çılpaqtoxumlu ali bitkiləri // AMEA-nın Xəbərləri, Biologiya elimləri, 2008, Cild 63, №5-6, s. 196-200
  4. İbrahimov Ə.Ş., Nəbiyeva F.X., İsmayılov A.H. Hedypnois cretica (L.) Dum.-Cours. Naxçıvan MR florası üçün yeni növdür // AMEA-nın məruzələri, 2008, Cild 64, №4, s. 71-74
  5. İsmayılov A.H. Gilançay hövzəsinin dağ-bozqır bitkiliyi // AMEA Botanika İnstitutunun Elmi Əsərləri, 2007, Cild 27, s. 29-34
  6. İsmayılov A.H. Gilançay hövzəsinin otlaq və biçənək sahələri, onlardan səmərəli istifadə // Azərbaycan Aqrar Elmi, Elmi-nəzəri jurnal, 2006, №5-6 (214), s. 180-183
  7. İsmayılov A.H. Naxçıvan MR-in Gilançay hövzəsi florasında yayılmış yeni növlər // Azərbaycan Respublikası “Təhsil” cəmiyyəti “Bilgi” dərgisi, Kimya, Biologiya, Tibb jurnalı, 2004, №6 (22), s. 76-78

Regional dövri jurnallarında çap olunmuş məqalələr

10. İbrahimov Ə.Ş., Nəbiyeva F.X., İsmayılov A.H. Çin acı qovunu –

Momordica charantia

L. Naxçıvan Muxtar Respublikasının florası üçün yeni və faydalı bitkidir // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, təbiət elmləri və tibb seriyası, 2013, №2 (55), s. 75-79

11. İsmayılov A.H. Naxçıvan Muxtar Respublikası ərazisində Ön Asiya dendroflorasına daxil olan yerli və kənardangəlmə bəzi ağac və kol bitkilərinin taksonomik tərkibi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elmlər, 2013, №2, Cild 9, s. 138-145

12. İsmayılov A.H. Naxçıvan Muxtar Respublikası ərazisində Aralıq dənizi dendroflorasına daxil olan yerli və kənardangəlmə bəzi ağac və kol bitkilərinin taksonomik tərkibi // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, təbiət elmləri və tibb seriyası, 2013, №1 (49), s. 23-28

13. İsmayılov A.H. Naxçıvan Muxtar Respublikası ərazisində Avropa dendroflorasına daxil olan yerli və kənardangəlmə bəzi ağac və kol bitkilərinin taksonomik tərkibi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elmlər, 2012, Cild 8, №4, s. 169-176

14. Talıbov T.H., İbrahimov Ə.Ş., İbrahimov Ə.M., İsmayılov A.H., Ələkbərov R.Ə. Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış rəsmi dərman bitkilərinə aid bəzi yabanı meyvə ağac və kolların təbii ehtiyatı // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elmlər seriyası, 2012, Cild 8, №2, s. 49-58

15. Talıbov T.H., İsmayılov A.H. Naxçıvan Muxtar Respublikasının yaşıllaşdırılmasında istifadə olunan ağac və kol introdusentlər // Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, 2011, №3 (27), s. 75-81

16. İsmayılov A.H., Novruzova E.S. Naxçıvan Muxtar Respublikasında qıjıların yayılması // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elmlər, 2011, Cild 7, №4, s. 149-154

17. İsmayılov A.H. Naxçıvan Muxtar Respublikasında yayılmış sallaq tozağacı (Betula pendula Roth) bitkisi və onun istifadə imkanları // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, təbiət elmləri və tibb seriyası, 2011, №2 (38), s. 23-28

18. İsmayılov A.H. Gilançay hövzəsinin petrofil (qaya-töküntü) bitkiliyi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elmlər, 2011, Cild 7, №2, s. 131-135

19. İsmayılov A.H. Gilançay hövzəsinin su-bataqlıq bitkiliyi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elmlər, 2010, Cild 6, №4, s. 135-140

20. İsmayılov A.H. Gilançay hövzəsinin çəmən bitkiliyi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elmlər, 2010, № 2, s. 117-124

21. İsmayılov A.H. Gilançay hövzəsi florasının fitomeliorantları // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elimlər seriyası, 2009, №4, s. 127-132

22. İsmayılov A.H. Gilançay hövzəsi bitkilərinin hündürlük qurşaqları üzrə yayılma qanunauyğunluqları // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elimlər seriyası, 2009, №2, s. 149-155

23. İsmayılov A.H. Gilançay hövzəsinin ağac və kolları, onların fitomeliorativ əhəmiyyəti // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, təbiət elmləri və tibb seriyası, 2009, №1 (26), s. 51-57

24. İbrahimov Ə.Ş., İsmayılov A.H. Gilançay hövzəsi florasının coğrafi təhlili // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və Texniki Elimlər seriyası, 2008, №4, s. 43-50

25. İsmayılov A.H. Gilançay hövzəsi florasının eko-biomorfoloji təhlili // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elimlər seriyası, 2008, №2, s. 190-196

26. İsmayılov A.H. Gilançay hövzəsi florasının sistematik təhlili // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elimlər seriyası, 2007, №4, s. 137-144

27. İsmayılov A.H. Gilançay hövzəsinin flora və bitkiliyinin tədqiqi tarixi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elimlər seriyası, 2007, №2, s. 112-118

28. İsmayılov A.H. Zanbaqçiçəklilər (Liliaceae Juss.) və Acıçiçəkkimilər (Gentianaceae Juss.) fəsilələrinə daxil olan bəzi növlərin Kiçik Qafqazın cənub-qərb yamaclarında yeni yayılma sahələri // Naxçıvan Dövlət Universitetinin Xəbərləri, 2006, №1(19), s. 46-48

29. İsmayılov A.H. Gilançay hövzəsinin friqanoidli dağ-kserofit bitkiliyi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elimlər seriyası, 2006, №5, s. 159-163

30. İsmayılov A.H. Gilançay hövzəsinin erkən yaz florası // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elimlər seriyası, 2006, №3, s. 151-157

31. Talıbov T.H., İbrahimov Ə.M., İsmayılov A.H.Nuh yurdu Naxçıvanım// АМЕА Naxçıvan Bölməsinin xəbərləri, 2005, №1, s. 148-152

32. İsmayılov A.H. Naxçıvan MR florasında laləvər (Fritillaria L.) cinsinin öyrənilməsi // Naxçıvan Elmi-Tədqiqat Bazasının əsərləri, 2002, s. 77-79

Beynəlxalq konfranslar

33. İsmayılov A.H., İbrahimov Ə.Ş. Ordubad rayonunun Gilançay hövzəsinin mühafizə olunan bitkilərinin analizi / “Elm və texniki tədqiqatların perispektivliyi -2013” IX Elmi-praktiki konfransın materialları, 07-15 noyabr 2013, Ekologiya, Coğrafiya və Geologiya, Przemysl, 2013, Cild 30, s. 15-22, url: http://www.rusnauka.com/32_PRNT_2013/Ecologia/6_149259.doc.htm

34. Talıbov T.H., İbrahimov Ə.Ş., İsmayılov A.H., Ələkbərov R.Ə. Naxçıvan Muxtar Respublikası florasında rəsmi dərman bitkilərinin taksonomik spektri // AMEA Botanika İnstitutu, “Faydalı bitkilərdən istifadənin aktual problemləri” mövzusunda Beynəlxalq konfransın materialları, 26-28.10.2011, s. 189-195

35. İsmayilov A.H. Naxçıvan Muxtar Respublikasının Gilançay hövzəsinin mühafizə statuslu bitkiləri // Biomüxtəliflik və bitkilərin introduksiyası, AMEA Mərkəzi Nəbatat Bağının 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları, Bakı, 23-24 sentyabr, 2009, II hissə, s. 225-230

Respublika konfransları

36. İsmayılov A.H. Gilançay hövzəsinin səhra və yarımsəhra bitkiliyi / Azərbaycanda elmin inkişafı və regional problemlər elmi konfransının materialları, 2005, s. 372-376

Regional konfranslar

37. İsmayılov A.H. Naxçıvan MR-də vaxtsızotu (Colchicum L.) növünün yayılması // Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikasının flora və faunasının tədqiqi elmi konfransının materialları, 2002, s. 33-34

Beynəlxalq simpoziumlar

İsmayılov A.H. Gilançay hövzəsində aparılan fitomeliorativ tədbirlərin elmi-praktik istiqamətləri / Naxçıvan Bu gün: islahatlar perspektivlər, beynəlxalq simpoziumunun materialları, 2008, s. 490-496

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü   
Pedaqoji fəaliyyəti Biologiya müəllimi, Naxçıvan Türk Liseyi, 2005 Sen. - 2006 İyn.; 2012 Sen. - 2013 İyn.

Biologiya müəllimi, “İdeal”, “Gəmiqaya”, “Tusi” abituriyent hazırlıq kursları 2004 Sen. - 2008 İyn.

Biologiya müəllimi, Naxçıvan Dövlət Universiteti, Hazırlıq şöbəsi, 2001 Sen. - 2002 İyn.

Biologiya müəllimi, Culfa rayon Göydərə kənd orta məktəbi, 2000 Sen. - 2002 İyn.
Digər fəaliyyəti  İxtisasartirma kursları (kurs,treyninq,seminars.)
  1.  "Qafqaz ekoregionunda bəbirlərin, yırtıcıların və onların qənimətlərinin qorunmasının monitorinqi" üzrə WWF Qafqaz proqramı, Avropa təşkilatının Bern Konvensiyasının və “IUCN/SSC Cat Specialist Group” unun təşkilatlığı ilə Gürcüstan Respublikasının Tibilisi şəhərində keçirilən seminar və treyninq kursunu bitirmiş, 16-19 may 2011;
  2.  “Bitki genetik ehtiyatlarının xəritələşdirilməsi və Coğrafi İnformasiya Sistemlerindən istifadə (GİS)” üzrə AMEA Genetik Ehtiyatlar İnstitutu və Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) təşkilatçılığı ilə Bakı şəhərində keçirilən treninq kursunu bitirmiş, 30-31 mart 2011;

Qrant layihələri

Beynəlxalq qrant layihələri

  1. "Çəyirdəkli meyvə bitkilərinin xəstəlikləri və davamlı genotiplərin axtarışı" mövzusunda AMEA Genetik Ehtiyatlar İnstitutu ilə Fransa, Almaniya, Türkiyə və Çin alimlərinin birgə apardığı geniş həcimli beynəlxalq qrant layihəsinin iştirakçısı, 2010-2013;
  2. "Qafqaz ekoregionunda bəbirlərin, yırtıcıların və onların qənimətlərinin qorunmasının monitorinqi" mövzusunda Qafqaz proqramı üzrə WWFBeynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin,“IUCN/SSC Cat Specialist Group”unun və Azərbaycan MEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşlarının birgə apardığı beynəlxalq qrant layihəsinin iştirakçısı, 2009-2012;
  3. "Cənubi Qafqaz regionunda BGE-nin öyrənilməsi və toplanması" mövzusunda ABŞ Kənd Təsərrüfatı Departamenti və Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA), AMEA Genetik Ehtiyatlar İnstitutu ilə birgə apardığı geniş həcimli beynəlxalq qrant layihəsinin iştirakçısı, 2007-2010;

Respublika qrant layihələri

  1. "Naxçıvan Muxtar Respublikasında rəsmi dərman bitkilərinin genefondunun müəyyənləşdirilməsi, təbii ehtiyatı bol olan rəsmi dərman bitkilərindən səmərəli istifadə olunması və mühafizəsinin elmi əsasları" mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2011-ci ilin 1-ci qrant müsabiqəsinin (EİF-2011-1(3)) qalibi olmuş və uğurla yerinə yetirilmiş biologiya, tibb və aqrar elmləri sahəsinin botanika istiqaməti üzrə fundamental-tətbiqi xarakterli elmi-tədqiqat qrant layihəsinin (EİF-2011-1(3)-82/55-3) iştirakçısı, 2011 1 sen. – 2012 1 sen.;
  2. "Ənənəvi bitki seleksiyası və biotexnoloji imkanlar vasitəsi ilə BGE-nin istifadəsinin gücləndirilməsi" mövzusunda FAO-Azərbaycan qrant layihəsinin iştirakçısı, 2009-2011;

Beynəlxalq ekspedisiyalar

  1. "Tərəvəz bitkilərinin genetik ehtiyatlarının, xüsusilə Spinacia və Asparagus cinslərinə aid növlərin öyrənilməsi və hüceyrə plazması nümunələrinin toplanılması üzrə Beynəlxalq Ekispedisiya" Niderland Krallığı Genetik Ehtiyatlar Mərkəzinin Bölmə müdiri Dr. Christoffel Kiklə Muxtar Respublikanın ayrı-ayrı ərazilərinə edilən Beynəlxalq ekispedisiyalarda iştirak edilmişdir, 05-09 iyn. 2011-2012;
  2. "Çəyirdəkli meyvə bitkilərinin xəstəlikləri və davamlı genotiplərin axtarışı" qrant layihəsinin icrası ilə əlaqədar Türkiyənin Malata şəhərindən gəlmiş İnönü Üniversitesi Ziraat Fakültesi Dekanı Prof. Dr. Bayram Murat Asmayla birgə Muxtar Respublikanın ayrı-ayrı ərazilərinə 3 günlük Beynəlxalq ekispedisiyada iştirak edilmiş, birgə İran İslam Respublikasının Təbriz şəhərindəki Bağçılıq elmi tədqiqat İnstitutuna gedilmişdir, 2011 Sen.
  3. "Çəyirdəkli meyvə bitkilərinin xəstəlikləri və davamlı genotiplərin axtarışı" qrant layihəsinin icrası ilə əlaqədar Fransanın Bordo şəhərində yerləşən tanınmış elm mərkəzi olan İNRA-nın (İnstitut National dela Recherche Aqronomique - Milli Kənd Təsərrüfatı İnstitutu) alimlərindən Veronique Decroocq, Stephane Decroocq, David Tricon və Stephanie Mariette ilə birgə Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı ərazilərinə edilən 4 günlük Beynəlxalq ekispedisiyada iştirak edilmişdir, 27-30 İyl. – 2010;
  4. “Naxçıvan - Gəmiqaya” 4 günlük Beynəlxalq ekispedisiyada iştirak edilmişdir, 17-20 İyl. – 2005

Ekspert fəaliyyətləri

  1. "Orta məktəb dərsliklərində gedən səhvliklər və testologiya ilə bağlı" Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Regional Bölməsində canlı bağlantı ilə keçirilən seminar və müzakirələrdə ekspert kimi fəaliyyət göstərilmişdir, 2010-2013
  2. "Naxçıvan Muxtar Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqrammı"-na uyğun otlaq və biçənəklərdə keçirilən seminar və monitorinqlərdə ekspert kimi fəaliyyət göstərilmişdir, 2004-2007

Elmi opponentlik fəaliyyəti

Mövsümova Nuri Vaqif qızı. Naxçıvan Muxtar Rеspublikasının Duzdağ ərazisinin bitkiliyi və onun istifadə imkanları. mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim еtdiyi dissеrtasiya işinə rəsmi opponentlik etmişdir. Bakı, 2013.

İctimai fəaliyyətləri

  1. "Orta məktəblərin buraxılış, abituriyentlərin sınaq imtahanları ilə bağlı" Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Regional Bölməsinin Naxçıvan MR-in rayonlarında keçirilən imtahanlarında İmtahan rəhbəri kimi fəaliyyət göstərilmişdir, 2011-2014
  2. Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərində 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 20 saylı məntəqə seçki komissiyasının üzvü kimi fəaliyyəti göstərmişdir, 2013 12 Avt. - 2013 09 Okt.
  3. "Təbiət və Biz", “Sirli təbiət” verlişlərinin müəllifi və aparıcısı kimi Naxçıvan Muxtar Respublikasının təbiəti və kənd təsərrüfatı ilə bağlı mövzularla “Naxçıvanın səsi” radiosunda 2 il fəaliyyət göstərmişdir, 2010 – 2012

Ümumiləşdirilmiş əsərlərdəki fotoşəkilləridə müəlliflik və həmmüəlliflik

Azərbaycan Respublikasının “Qırmızı Kitabı” nın 2-ci nəşrində, Naxçıvan Muxtar Respublikasının flora və faunasına aid istifadə olunan fotoşəkillərin müəllifi və həmmüəllifi kimi fəaliyyət göstərmişdir. Bakı, 2013.

Hər hansi cəmiyyətin (birliyin) üzvü

  1. Ornitoloqlar cəmiyyəti (2005-ci ildən)
Botaniklər cəmiyyəti (2004-cü ildən)
Təltif və mükafatları
  1. "Naxçıvan Muxtar Respublikasında rəsmi dərman bitkilərinin genefondunun müəyyənləşdirilməsi, təbii ehtiyatı bol olan rəsmi dərman bitkilərindən səmərəli istifadə olunması və mühafizəsinin elmi əsasları" mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2011-ci ilin 1-ci qrant müsabiqəsinin (EİF - 2011-1(3)) qalibi olmuş və uğurla yerinə yetirilmiş biologiya, tibb və aqrar elmləri sahəsinin botanika istiqaməti üzrə fundamental-tətbiqi xarakterli elmi-tədqiqat qrant layihəsində (EİF-2011-1(3)-82/55-3) iştirakına görə sertifikat, 2011 1 sen. – 2012 1 sen.;
  2. "İnformasiya və innovasiyalar: beynəlxalq təcrübə və müasir yanaşmalar" mövzusunda Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzi (BETİM) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elmi İnnovasiyalar Mərkəzi (EİM) ilə birgə keçirilən beynəlxalq seminarda iştirakına görə sertifikat, 2011;
  3. “Naxçıvan Muxtar Respublikası florasında laləvər (Fritillaria L.) cinsinin öyrənilməsi” mövzusunda Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin konfransında qazandığı müvəffəqiyyətə görə təltif olunmuş birinci dərəcəli diplom, 2000.
Əsas iş yeri və ünvanı Azərbaycan MEA Naxçıvan Bölməsi

Bioresurslar İnstitutu,

Naxçıvan şəhər, Babək 10 
Vəzifəsi Böyük elmi işçi 
Xidməti tel. (+994 36) 5450199 
Mobil tel. (+994 50) 4243728; (+994 55) 4951804 
Ev tel.  
Faks  
Elektron poçtu abbas_ismayilli@yahoo.com; abbas1979@mail.ru