| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün: 12-03-2010
E-Mail
Domen:


16:43 (11.03.2010) “Neft-kimya, neftemalı, ion-maye katalizi və metalüzvi sahələrdə tədqiqatlar (AMEA NKPİ-nin elmi əsərlər toplusu)” adlı kitab işıq üzü görmüşdür
AMEA Neft-Kimya Prosesləri İnstitutunun Elmi Şurasının qərarı ilə “Neft-kimya, neftemalı, ion-maye katalizi və metalüzvi sahələrdə tədqiqatlar (AMEA NKPİ-nin elmi əsərlər toplusu)” adlı kitab nəşr olunmuşdur.
15:32 (11.03.2010) Fil.e.n. Əli Məmmədbağıroğlunun müəllifliyi ilə “Koroğlu” dastanının üç əlyazmasının mətni bir kitabda nəşr edilmişdir
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu “Koroğlu” dastanının üç əlyazmasının mətnini bir kitabda nəşr etdirmişdir.
11:32 (11.03.2010) “Naxçıvan tarixi atlası” işıq üzü görüb
AMEA Naxçıvan Bölməsinin Tarix, etnoqrafiya və arxeologiya İnstitutundan verilən məlumata görə, atlasda regionun müxtəlif dövrlərinin tarixi coğrafiyasını əks etdirən 50-yə qədər xəritə öz əksini tapıb.
11:26 (11.03.2010) “Qafqaz Albaniyasının sənətkarlığı (III-VIII əsrlər)” adlı kitab çap edilmişdir
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun keçmiş əməkdaşı, tarix elmləri doktoru, mərhum Aləm Nuriyevin “Qafqaz Albaniyasının sənətkarlığı (III-VIII əsrlər)” adlı kitabı nəşr edilmişdir.
10:20 (11.03.2010) “XX əsr özbək şeiri antalogiyası” kitabı nəşr olunmuşdur
AMEA Folklor İnstitunun Qorqudşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya elmləri doktoru Ramiz Əsgərin özbəkistanlı şair, naşir Babaxan Məhəmməd Şəriflə birgə hazırladığı “XX əsr özbək şeiri antalogiyası” kitabı nəşr olunmuşdur.
15:41 (10.03.2010) Folklor İnstitutu və “İrs” folklor ansamblı Novruz tədbirlərinə hazırlaşır
Qarşıdan xalqımızın ən qədim gələnəklərini özündə ehtiva edən qədim Novruz bayramı gəlir.
13:52 (10.03.2010) “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində professor Rafiq Əliyevlə görüş keçirilib
“Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyində “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində növbəti görüş keçirilib. Növbəti görüş texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Rafiq Əliyevə həsr olunub.
12:36 (10.03.2010) “Azərbaycanın elmi diasporu” layihəsi çərçivəsində İnternet portalı yaradılıb
Martın 3-də Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycan elminin, təhsilin inkişafında diasporun rolu” mövzusunda dəyirmi masa keçirilib.
11:24 (10.03.2010) Azərbaycan alimləri II Beynəlxalq Avrasiya Arxeoloji Konqresində iştirak etmişlər
Türkiyədə II Beynəlxalq Avrasiya Arxeoloji Konqresi keçirilmişdir.
10:50 (10.03.2010) “Azərbaycan arxeologiyasının inkişafında Saleh Mustafa oğlu Qazıyevin rolu” adlı kitab çap olunmuşdur
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı E.Cəfərovanın “Azərbaycan arxeologiyasının inkişafında Saleh Mustafa oğlu Qazıyevin rolu” adlı kitab nəşr olunmuşdur.
AMEA-nın strukturu
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az