| Anadan olduğu yer: | Azərbaycan Respublikası, Ağdam şəhəri |
![]() |
|
| Təhsili: | Azərbaycan Dövlət Universiteti, şərqşünas | ||
| Elmi dərəcəsi: | Fəlsəfə elmləri doktoru | ||
| Elmi rütbəsi: | Professor | ||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 09.00.03 - Fəlsəfə tarixi |
||
| Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: | 2001, fəlsəfə | ||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 200 | ||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 6 | ||
| Əsas elmi nailiyyətləri: | Z.C.Məmmədovun elmi yaradıcılığı əsas etibarilə Şərq fəlsəfəsi tarixi və dinşünaslıq məsələlərinə həsr edilmişdir. Onun tədqiqatlarına qədər elə hesab edirdilər ki, Şərqdə, o cümlədən Azərbaycanda peşəkar filosoflar yaşamamışlar, yaradıcılığından əldə cüzi material olan Bəhmənyar (XI əsr) istisnadır. Z.C.Məmmədov otuz ildən cox müddətdə elmi axtarışlar aparıb, Azərbaycan filosoflarının və mütəfəkkirlərinin ərəb və fars dillərində dünyanın müxtəlif ölkələrində cap olunmuş, habelə əlyazması şəklində saxlanılan zəngin irsini üzə çıxarmışdır. O, onların fəlsəfəsini (varlıq təlimi və idrak nəzəriyyəsini), məntiqini, ictimai-siyasi və etik görüşlərini işləyib hazırlamışdır. Z.C.Məmmədov sübuta yetirmişdir ki, orta əsrlərdə müsəlman Şərqində, o cümlədən Azərbaycanda dini fəlsəfə ilə yanaşı elmi-fəlsəfə də olmuşdur. O, müəyyən etmişdir ki, elmi-fəlsəfi təlimlər Şərq peripatetizmindən, sufizmin panteist istiqamətindən və işraqilikdən ibarətdir. Şərq peripatetizminin banisi Əbunəsr Farabidir (873-950). Sufizmin dərindən düşünülmüş panteist sistemini Azərbaycan filosofu Eynəlqüzat Miyanəci (1099-1131) və işıq və qaranlıq prinsipinə əsaslanan işraqilik təlimini Azərbaycan filosofu Şihabəddin Sührəvərdi (1154-1191) yaratmışdır. Görkəmli Azərbaycan filosoflarının təlimləri fəlsəfi məktəbə çevrilərək, əsrlər boyu alimlər üçün örnək olmuşdur. Onların ideyaları sonralar müsəlman aləmi ilə məhdudlaşmayıb, Avropa ölkələrində də yayılmışdır. Bir sözlə, dünyaya fəlsəfi tarixi orta əsrlərdə (1000 illik dövrdə) məhz Şərq, ələlxüsus Azərbaycan filosoflarının sayəsində elmi-fəlsəfi dünyagörüşündən xail olmamışdır. |
||
| Əsas elmi əsərlərin adları: |
|
||
| Pedaqoji fəaliyyəti: | Bakı Dövlət Universiteti | ||
| Axırıncı iş yeri və ünvanı: | AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu, Şərq fəlsəfəsi tarixi və dinşunaslıq şöbəsi. Azərbaycan Respublikası, Bakı ş. | ||


AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011